Bakıda kafedə dava: Yeniyetmə icarədarı döydü Təfərrüat
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda yeniyetmə oğlan hesaba görə kafenin icarədarını döyüb.
Moderator.az oxu.az-a itinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini, 2009-cu il təvəllüdlü Rəsul Məmmədov (soyad şərtidir - red.) dostları ilə birlikdə qəsəbə ərazisində fəaliyyət göstərən "Faxralı" kafesinə gəlib. Onlar kafedə yeyib-içəndən sonra hesabı vermədən oradan qaçıblar. Bir neçə gündən sonra dostlar yenidən həmin kafeyə gəlib yemək yeyiblər. Daha sonra bir-bir kafedən çıxıb qaçmağa çalışıblar. Həmin vaxt kafenin icarədarı onların arxasınca qaçıb və yeniyetmələrdən birini tutub, ondan hesabı tələb edib. Dostunun tutulduğunu görən Rəsul geri qayıdaraq icarədara ağır zərbələr endirib və dostu ilə birlikdə hadisə yerindən qaçıblar. Kafenin icarədarı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb və polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Rəsul saxlanılıb.
Cinayət işinin istintaqı yekunlaşdırılaraq iş məhkəməyə göndərilib. Məhkəmədə tərəflər arasında barışıq elan olunub. Məhkəmənin hökmü ilə Rəsul hadisəni törətməkdə təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək şərti cəza verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 26 Noyabr 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















