Bakıda kapoeyra üzrə Azərbaycan Kuboku keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Kapoeyra Federasiyası (AKF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə kapoeyra üzrə ölkə kuboku təşkil olunub.
AKF-dən AZƏRTAC-a bildirilib ki, Balaxanı İdman Mərkəzində baş tutan turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən kapoeyra nümayəndəlikləri və klublar iştirak ediblər.
Kubok çərçivəsində uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında müxtəlif yaş və çəki kateqoriyaları üzrə yarışlar keçirilib.
Yarışın yekun nəticələrinə əsasən, “Pernada Kapoeyra” klubu üçüncü, “Nirvana Kapoeyra” isə ikinci yerə layiq görülüb. “Wolf Kapoeyra” Akademiyası isə ən çox medal qazanan komanda olaraq Azərbaycan Kubokunun qalibi adını qazanıb.
Tədbirin əsas məqsədi kapoeyranın ölkə üzrə inkişafına töhfə vermək, idmançılar arasında təcrübə mübadiləsini genişləndirmək, həmçinin Bakının beynəlxalq idman mərkəzi kimi mövqeyini daha da möhkəmləndirmək olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















