Icma.az
close
up
RU
Bakıda keçirilən COP29 tədbiri onillərdir aşılmayan səddləri aşdı və yüksək səviyyəli iştirakla yekunlaşdı

Bakıda keçirilən COP29 tədbiri onillərdir aşılmayan səddləri aşdı və yüksək səviyyəli iştirakla yekunlaşdı

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Azərbaycan COP29-u uğurla başa vurdu. Ən mühüm nailiyyət iqlim maliyyəsi üçün yeni hədəfin - Bakı İqlim Hədəfinin müəyyən edilməsidir: 2035-ci ilədək 300 milyard dollar əsas hədəfə çatmaq, 2050-ci ilədək isə bu məbləği 1.3 trilyon dollara qaldırmaq. Müqayisə üçün, 2009-cu ildə qəbul edilən iqlim maliyyə hədəfi 100 milyard dollar idi və buna yalnız 2022-ci ildə nail olunmuşdu. Bu məbləğ inkişaf etməkdə olan dövlətlərin iqlim dəyişiklikləri ilə mübarizəsinə yardım edəcək”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, həmçinin, 2015-ci ildə qəbul edilən Paris iqlim sazişinin indiyədək tam razılaşdırıla bilməyən 6-cı maddəsi nəhayət ki, razılaşdırıldı: “Belə ki, indiyədək 6-cı maddənin 2 və 4-cü bəndləri üzrə dövlətlər arasında razılaşma əldə olunmamışdı. Ümumiyyətlə, bu maddə dövlətlərin iqlim dəyişikliyi üzrə əməkdaşlıq mexanizmləri işləyib hazırlamasını, o cümlədən karbon kreditlərinin alınıb-satılmasını, yəni karbon ticarətini nəzərdə tutur. Bu, həm də karbon emissiyası həddlərinin müəyyən edilməsi və normadan artıq emissiya üçün karbon vergisinin tətbiq olunması ilə əlaqədardır. İlk dəfə 1990-da Finlandiya karbon vergisini tətbiq edib. Hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən Avropa İttifaqında 2005-ci ildən bəri karbon vergisi tətbiq olunmaqdadır. İlk dəfə karbon kredit ticarəti sistemini 2008-də Çin həyata keçirib”.

Şəhla Cəlilzadə

Politoloq qeyd edib ki, bu inisiativə görə karbon emissiyası həddini aşan qurumlar normadan artıq CO₂ ixrac etdiyinə görə ödəyəcəyi vergi əvəzinə karbon kreditləri ala bilərlər: “Karbon kreditini meşələrin salınması, yaxud alternativ enerji layihələri həyata keçirən tərəflər satışa çıxarır. Beləliklə, artıq CO2 ixrac edən tərəf öz məsuliyyəti həcmində yaşıllaşmaya və yaşıl iqtisadiyyatın inkişafına töhfə vermiş olur və vergi yükündən azad olur. Beləliklə, qarşıdakı dövrdə ölkəmizdə də karbon vergisi haqda qanunun qəbulu müzakirə oluna bilər”.

Şəhla Cəlilzadə bildirib ki, çoxsaylı qarayaxma kampaniyalarına və boykot çağırışlarına baxmayaraq COP29 Bakıda yüksək səviyyəli iştirak və əlahiddə nəticələrlə yekunlaşdı: “Bakı İqlim Hədəfi eko-aktivistlərin və siyasətçilərin yaddaşında müsbət irəliləyiş kimi əbədi qalacaq. Bu nəticələr Qərbdə qaralanmağa çalışılsa da, on illərdir 100 milyard həddini aşa bilməyən dövlətlər üçün Bakıda bu rəqəmin 3 dəfə artırılması və 1.3 trilyon dollarlıq növbəti hədəfin müəyyən olunması inkarolunmaz uğurdur”.

Politoloqun fikrincə, COP29-da alınan nəticələr qlobal iqlim dəyişiklikləri ilə mübarizə və yaşıl iqtisadiyyata keçiddə mühüm bir mərhələnin adlanması deməkdir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri