Icma.az
close
up
RU
Bakıda “Kənd TəsərrüfatıƏrzaq Sistemində Ədalətli Keçid” mövzusunda panel müzakirələr keçirilib

Bakıda “Kənd TəsərrüfatıƏrzaq Sistemində Ədalətli Keçid” mövzusunda panel müzakirələr keçirilib

Report.az saytına istinadən Icma.az xəbər verir.

COP29 çərçivəsində “Kənd Təsərrüfatı-Ərzaq Sistemində Ədalətli Keçid: COP29 Harmoniya Təşəbbüsü ilə Uyğun İnteqrasiya” mövzusunda panel müzakirələr keçirilib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mavi zona”da fəaliyyət göstərən pavilyonunda baş tutan tədbirdə COP29 Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünə uyğun aqro-ərzaq sistemlərində ədalətli keçid, inklüziv proses vasitəsilə dayanıqlı ərzaq sistemləri üçün maliyyələşdirmənin genişləndirilməsi, iqlimə dayanıqlı kənd təsərrüfatına nail olmaq üçün zəruri maliyyə alətləri və investisiyaları təşviq edən elmi əsaslı həllər mövzuları müzakirə edilib.

Panel müzakirənin moderatorluğunu Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzinin (ICARDA) Baş Direktorunun Ofisində İqlim Dəyişikliyi üzrə Baş məsləhətçisi Roula Majdalani edib.

Tədbirdə çıxış edən nazir Məcnun Məmmədov bildirib ki, müasir dövrdə dayanıqlı aqro-ərzaq sistemlərinə keçid iqlim dəyişikliyinə daha həssas olan fermer və kənd icmalarına hərtərəfli dəstək tədbirlərini zəruri edir. Nazir bildirib ki, aqrar sahə iqlim dəyişmələrinin nəticələrindən təsirlənən sektor olmaqla yanaşı, İstilik Effekti Yaradan Qazların (İEYQ) atmosferə atılmasında müəyyən paya malikdir. Bununla belə, kənd təsərrüfatı sektoru emissiyaların azaldılması, dayanıqlılığın artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsində misilsiz potensialı var. Aqrar sahədə tədqiqat və innovasiyalar dayanıqlı aqro-ərzaq sistemlərinə keçidin təməl daşlarıdır.

Nazir bildirib ki, Azərbaycan hökuməti iqlimə uyğun ağıllı kənd təsərrüfatının formalaşdırılmasına xüsusi diqqət yetirir. Fəaliyyət strategiyasının mərkəzində kənd təsərrüfatı və ərzaq sistemlərinin iqlim fəaliyyətlərinə inteqrasiyası, uyğun siyasətlərin hazırlanması, innovasiyaların təşviqi, dəqiq əkinçilik, torpaq və su resurslarının mühafizəsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması, iqlimə dayanıqlı metodların tətbiqi, ətraf mühitə mənfi təsirlərin azaldılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi dayanır. Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizə kontekstində qlobal əməkdaşlıq üçün mərkəzi platforma rolunu oynayır, davamlı həlləri miqyasını genişləndirmək, fermerlərin, xüsusilə də qadın və gənclərin səlahiyyətlərini artırmaq üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə birgə fəaliyyəti uyğunlaşdırır. İqlim dəyişikliyi ilə mübarizədə öz öhdəliklərinə sadiq qalan Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə vermək üçün səylə çalışır.

Müzakirələrdə çıxış edən ICARDA-nın İdarə Heyətinin üzvü Charles Spillane, FAO-nun İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Təbii sərvətlər üzrə baş mütəxəssisi İnkar Kadırjanova, JRT Təşəbbüsünün İcraçı direktoru Melissa Pinfield, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İqlim uyğunlaşması və təbiətin maliyyələşdirilməsi üzrə direktor müavini Rachael Barza, COP29 Prezidentliyinin eksperti Sona Abdullayeva, “İqlim, İqlim Dəyişikliyi və Cəmiyyət" (CLICCS) Mükəmməllik Klasterində Yer Sistemi Tədqiqatları və Davamlılıq Mərkəzinin (CEN) baş elmi işçisi Jan Vilkens iqlim dəyişikliyi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı, qlobal əməkdaşlıq çərçivəsində fundamental transformasiya yolu ilə dayanıqlı kənd təsərrüdatı sisteminin qurulması, aqro-ərzaq sistemlərində ədalətli keçid prosesində tədqiqat və innovasiyaların rolu, dayanıqlı kənd təsərrüfatı sistemlərində ədalətli və inklüziv transformasiyanı dəstəkləmək üçün əsas maraqlı tərəflər arasında əməkdaşlığın təşviqi, yaşıl enerji və yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahədə qadınların rolunun daha da artırılması, aqro-ərzaq sistemlərində ədalətli keçid konsepsiyaların Milli Uyğunlaşma Planlarına (NAP) və Milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) daxil edilməsi məsələləri ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir iştirakçıları kənd təsərrüfatında əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatı, aqrar sahədə məhsuldarlığın artırılması üçün elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Panel müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://report.az
archiveBu xəbər 21 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri