Ədalətli keçid üçün investisiyaların artırılması mövzusunda yüksək səviyyəli dialoq keçirilib FOTO
Icma.az bildirir, Apa.az portalına istinadən.
COP29 sədrliyi və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində "Ədalətli keçid üçün investisiyaların artırılması" mövzusunda yüksək səviyyəli dialoq keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Hollandiyanın maliyyə nazirinin müavini Casper Vesselinq, UNFCCC-nin icraçı katibi Saymon Stil iştirak edib. ABŞ maliyyə naziri Canet Yellen isə tədbirə video konfrans şəklində qatılıb.
Müzakirələr zamanı iqlim məqsədlərinə nail olmaq üçün dövlət maliyyəsini ayırmaq və özəl maliyyəni səfərbər etmək üçün əsas problemlərə toxunulub.
Dialoq zamanı, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) maliyyənin səfərbər edilməsi üçün uğurlu koordinasiya mexanizmləri və maliyyə nazirliyinin əlaqələndirmədə xüsusi rolu, tərəfdaş institutlar, maliyyələşdirmə tərəfdaşları və özəl sektorun NDC-lər üçün maliyyənin səfərbər edilməsində ölkələrə ən yaxşı şəkildə necə dəstək ola biləcəyi barədə məsələlər müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 14 Noyabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















