Icma.az
close
up
RU
Əmək bazarına ədalətli keçid

Əmək bazarına ədalətli keçid

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29 çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə keçirilən “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” müzakirələri 2 gün davam edib.

Yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçid üçün hamı üçün layiqli yaşıl iş yerlərinin inkişafının, dairəvi iqtisadiyyat yanaşmalarının təşviqi, bu sahədə təcrübə mübadilələrinin aparılması, BƏT-in təlimatlarının tətbiqi məsələləri müzakirə edilib.

Müxtəlif ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilərin iştirak etdiyi tədbirdə Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilə olan “Mazut Konstitusiyası”nın 120 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və təsirinin azaldılmasının yalnız birgə səylərlə mümkün olacağını bildirib. Yaşıl iqtisadiyyata keçid dövründə əmək bazarı ilə bağlı çağırışlara uyğun olaraq ölkəmizdə görülən tədbirləri, həmçinin sosial müdafiə sisteminin gücləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. Nazirliyin xidmət sahələrində rəqəmsal həllərdən və süni intellektin üstünlüklərindən istifadə etdiyini, 160 xidmətin 90 faizdən çoxunu rəqəmsallaşdırdığını qeyd edib. E-sosial portalının, “Əmək və Məşğulluq” altsisteminin və digər rəqəmsal alətlərin önəmini, rəqəmsal transformasiyanın sosial islahatların uğuru üçün vacibliyini və sosial müdafiə sisteminin daha çevik və dayanıqlı olmasına imkan verdiyini bildirib.

BMT İnkişaf Proqramının Baş katibinin köməkçisi, Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, regional direktor Beate Andres, BMT Avropa İqtisadi Komissiyasının icra katibinin müavini Dmitri Mariyasin, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibinin müavini Erik Manzi, Beynəlxalq İşəgötürənlər Təşkilatının Asiya ölkələri üzrə vitse-prezidenti Sonya Janahinin çıxışları dinlənilib. Onlar yaşıl iş yerlərinin inkişaf etdirilməsinin, bu istiqamətdə fəaliyyətin təşviqinin yaşıl iqtisadiyyata keçid üçün vacibliyini vurğulayıblar.

Müzakirə panel sessiyalarla, müvafiq sahələrdə təcrübələrin mübadiləsi ilə davam edib. Sessiyaların açılışında BƏT-in Müəssisələr Departamentinin direktoru, Yaşıl İqtisadiyyat üzrə Fəaliyyət Tərəfdaşlığının İdarə Heyətinin üzvü Rie Vejs-Kjeldgaard, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov, Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz çıxış ediblər.

Çıxışlarda konfransın önəmi və fəal, səmərəli təcrübə mübadilələrinə imkan yaratdığı vurğulanıb. Kömür mədəni regionlarında, habelə Asiya–Sakit Okean regionunda yaşıl enerjiyə keçid, bǝrpa olunan enerji mǝnbǝlǝrindǝn istifadǝnin təşviqi, yaşıl iş yerlərinin yaradılması, gender bərabərliyinin təmin edilməsi sahələrində mövcud vəziyyət və aparılan siyasətlərdən bəhs olunub, təcrübələr təqdim edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov müzakirələrin yekununda çıxış edərək yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidə nail olmaq üçün ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin xüsusi önəmini diqqətə çatdırıb. O, layiqli əməyin təminatı sahəsində fəal siyasətə malik Azərbaycanın bu sahədə BƏT-lə davamlı əməkdaşlığını, ötən dövrdə həmin Təşkilatın 59 Konvensiya və 1 Protokolunu ratifikasiya etdiyini bildirib.

Yaşıl iqtisadiyyata ədalətli keçidin işçilərin rifahı, iqtisadi artım və ətraf mühitin mühafizəsini birləşdirən modelin qurulmasına xidmət etdiyini vurğulayan nazir müavini bu istiqamətdə əməkdaşlığın daha da genişlənməsinin birgə səylərlə uğurlu nəticələr verəcəyinə əminliyini diqqətə çatdırıb.

Zərifə HÜSEYNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri