Icma.az
close
up
RU
Bakıda İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına təsiri” mövzusunda panel müzakirələr keçirilib AZƏRTAC

Bakıda İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına təsiri” mövzusunda panel müzakirələr keçirilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Bakıda noyabrın 22-dək davam edəcək COP29 beynəlxalq iqlim konfransı çərçivəsində Mavi Zona ilə paralel olaraq, Yaşıl Zonada da tədbirlər davam edir.

AZƏRTAC xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupu (CGIAR) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Yaşıl Zonada "AgriFuture 2024: İnsan kapitalına investisiyaların davamlı kənd təsərrüfatı transformasiyasına təsiri” mövzunda tədbir təşkil olunub. Tədbirdə dayanıqlı və ədalətli gələcək üçün qadınların, gənclərin və innovasiyaların gücləndirilməsinin iqlim təsirlərinə davamlı kənd təsərrüfatında rolu və iqlim fəaliyyətinə təsiri, iqlimə davamlı aqro-qida sistemləri üçün insan kapitalı: liderlik, elm və icma perspektivləri mövzularında panel müzakirələr keçirilib.

Tədbiri açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, kənd təsərrüfatı iqtisadiyyatın dəstəklənməsi, əhalinin məşğulluğunun təmin olunması, ərzaqla təminatda vacib rol oynayır. Hazırda iqlim dəyişikliyi, məhdud resurslar və dəyişən bazar tələbləri aqrar sahəyə hər tərəfdən təzyiq edir. Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı icra edilən tədbirlərin tərkib hissəsi kimi gənc və qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması, innovativ layihələrdə iştirakının stimullaşdırılması aqrar siyasətin əsas hədəflərindəndir.

Panel sessiyada çıxış edən Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) İcraçı deirektoru İsmahane Elouafi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin direktoru Kaveh Zahedi iqlim dəyişikliyi, qida təhlükəsizliyi və su qıtlığı kimi qlobal çağırışların həlli istiqamətində qadınların və gənclərin fəal iştirakının vacibliyinə toxunub, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyəti, rəqəmsal həllərin istehsalın avtomatlaşdırılmasında rolu, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, məhsuldarlığın artırılması yolları ilə bağlı fikirlərini bölüşüblər.

Nazir Məcnun Məmmədov fermerlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində Azərbaycanın kənd təsərrüfatı, ətraf mühit və iqlim məsələlərini özündə ehtiva edən Fermerlər üçün “Bakı Harmoniya İqlim Təşəbbüsü”nün növbəti gündə daha ətraflı müzakirələrə açılacağını diqqətə çatdırıb. Qeyd olunub ki, Hamoniya kənd təsərrüfatında, qida sistemlərində və su idarəçiliyində iqlim dəyişikliyinə uyğunlaşma və davamlı inkişafın təşviqinə yönəlməklə, müxtəlif təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma rolunu oynayacaq, kənd təsərrüfatı sistemlərinin transformasiyasını dəstəkləyəcək. Həmçinin davamlı kənd təsərrüfatını dəstəkləyən investisiyaları səfərbər etməyə imkan verəcək, kənd təsərrüfatının onurğa sütunu və gələcək dayanıqlığın əsas hərəkətverici qüvvəsi olan fermerlərin, xüsusilə qadınların və gənclərin imkanlarının artırılmasına xidmət edəcək.

“İqlimə davamlı aqro-qida sistemləri üçün insan kapitalı: liderlik, elm və icma perspektivləri” mövzusunda panel sessiyada Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzinin (İCARDA) mütəxəssisi Akmal Əkrəmxanov, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, “Agroficient” startapının baş direktoru Emil Hüseynli, “Digital Umbrella” şirkətinin rəhbəri Ulduzə Xəlilova və CGIAR-ın Mərkəzi və Qərbi Asiya və Şimali Afrika üzrə regional direktoru Aly Abousabaa çıxışlarında fərdi təsərrüfatlara dəstək, ərzaq təhlükəsizliyinin təmin olunması, iqlim dəyişikliyinin aqrar sahəyə təsiri, rəqəmsal kənd təsərrüfatı, torpaq və su resurslarından səmərəli istifadə, təbii sərvətlərin və ekoloji tarazlığın qorunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzularına toxunub, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri