Icma.az
close
up
RU
Bakıda “Ədalətli keçid üçün sərmayələrin təşviqi” mövzusunda Yüksək Səviyyəli Dialoq keçirilib AZƏRTAC

Bakıda “Ədalətli keçid üçün sərmayələrin təşviqi” mövzusunda Yüksək Səviyyəli Dialoq keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 noyabr, AZƏRTAC

COP29 Sədrliyi tərəfindən konfransın dördüncü günündə “Ədalətli keçid üçün sərmayələrin təşviqi” mövzusunda Yüksək Səviyyəli Dialoq təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə COP29 sədri adından Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov çıxış edib. Bildirib ki, bu Yüksək Səviyyəli Dialoq ədalətli keçidə sərmayələrin yatırılması yollarının müzakirəsi üçün fürsətdir. O qeyd edib ki, aşağı karbonlu iqtisadiyyata keçid yalnız enerji sistemlərinin, sənaye proseslərinin, kənd təsərrüfatı fəaliyyətinin və torpaq istifadəsinin transformasiyasını deyil, həm də imkanların ədalətli paylanmasını tələb edən mürəkkəb, çoxölçülü bir mərhələdir.

“Just Transition Finance Lab”ın icraçı direktoru Nik Robins "Ədalətli Keçid Məqsədlərinə uyğunlaşmaq üçün maliyyənin səfərbər edilməsi" mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, az karbonlu iqtisadiyyata qlobal keçid böyük investisiyalar tələb edir. Bu keçid balanslı, əhatəli və ədalətli olmalıdır. Bu yüksəksəviyyəli dialoq sektorlar və regionlar arasında ədalətli keçid üçün maliyyənin səfərbər edilməsinə, inkişaf etməkdə olan ölkələr, xüsusilə iqlim dəyişikliyinin mənfi təsirlərinə həssas ölkələr və icmalar üçün sadələşdirilmiş çıxışın təmin edilməsinə yönələcək. Müzakirələr həm dövlət, həm də özəl sektorun maliyyələşdirmə mexanizmləri və çoxtərəfli əməkdaşlığın rolu üzərində cəmləşəcək.

Daha sonra COP29 Sədrliyinin nümayəndəsi Jalə İbrahimovanın moderatorluğu ilə "Maliyyə bazarları, inkişaf bankları və hökumətlər uzunmüddətli, əhatəli keçid investisiyaları üçün kapitaldan necə istifadə edə bilərlər?" mövzusunda ikinci sessiya keçirilib. Sessiya iştirakçıları - Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) prezidenti Jin Liqun, Misir Ərəb Respublikasının planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Rania Al-Mashat, Filippinin Ətraf Mühit və Təbii Sərvətlər Departamenti katibinin müavini Maria Luvalhati Dorotan-Tiuseco, Cənubi Afrika Respublikasının Prezident yanında İqlim Komissiyasının icraçı direktoru Crispian Olver, Böyük Britaniyanın iqlim üzrə xüsusi nümayəndəsi xanım Rachel Kyte, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Baş katibinin müavini Erik Mwezi Manzi mövzu ətrafında müzakirələr aparıblar.

Müzakirələrdə müxtəlif iqtisadiyyatlarda ədalətli keçid üçün lazım olan əsas maliyyə mexanizmləri və alətlərdən səmərəli istifadə, ədalətli keçidin maliyyələşdirilməsi üçün sektora xas problemlər və onların həll yollarının araşdırılması və digər istiqamətlərə toxunulub. Həmçinin inkişaf etməkdə olan ölkələrin maliyyə ehtiyaclarını ödəmək üçün beynəlxalq əməkdaşlığı təşviq etmək və keçid planlarını dəstəkləmək barədə fikirlər irəli sürülüb.

Tədbirin sonuncu hissəsində müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri