Bakıda kirayə qiymətləri niyə artır? Ekspert səbəbləri açıqladı
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bakıda kirayə mənzil bazarında ucuz mənzillərin sayı azalmaqda davam edir". Avtosfer.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Ekspertin sözlərinə görə, bazarda ucuz mənzillərin yerini daha bahalı mənzillər tutur və bu tendensiya ümumi kirayə qiymətlərinə birbaşa təsir göstərir:
"Bu amil bütövlükdə kirayə mənzil bazarında qiymət artımına təsir edir. Bakıda kirayə mənzil bazarı hər zaman aktiv olub. Hazırda isə bazarda ən hərəkətli dövrlərdən biri yaşanır. Təklif portfelinə baxdıqda xüsusilə ucuz mənzillərin sayının azaldığını görürük".

Ramil Osmanlı bildirib ki, xüsusilə münasib qiymətə kirayə ev tapmaq əvvəlki dövrlərlə müqayisədə daha çətinləşib. Onun fikrincə, bazarda təklifin bahalı seqmentə doğru dəyişməsi kirayə haqlarının yüksəlməsinə səbəb olur.
Ekspert tikinti materialları bazarında isə ciddi qiymət dəyişikliklərinin müşahidə olunmadığını qeyd edib:
"Hazırda tikinti materialları bazarında qiymətlər stabildir. Artım müşahidə olunmur. Tikinti mövsümünün aktiv olmasına baxmayaraq, bazarda ciddi qiymət azalması da qeydə alınmır. Fərdi yaşayış evlərinin tikintisi üçün fəal dövr olsa da, əhəmiyyətli qiymət dəyişikliyi müşahidə edilmir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 19 May 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















