Icma.az
close
up
RU
Bakıda kişi başqasının uşağına görə 18 min aliment ödəyib, həbs olunub

Bakıda kişi başqasının uşağına görə 18 min aliment ödəyib, həbs olunub

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda kişi ondan olmayan uşağa görə 18 min manat aliment ödəyib. Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, İsgəndər Qayıbov keçmiş arvadı Nazilə Museyibovaya (ad-soyadlar şərtidir) ödədiyi alimentin geri qaytarılması üçün məhkəməyə müraciət edib. İsgəndər iddia ərizəsində qeyd edib ki, koronavirus pandemiyasına qədər hər ay stabil olaraq aliment ödəyib. Lakin sonradan işsiz qaldığı üçün 5685 manat aliment borc yaranıb və buna görə ölkədən çıxışına “stop” qoyulub, eyni zamanda da icra tələbini yerinə yetirmədiyi üçün inzibati qaydada iki dəfə həbsə məhkum edilib, növbətisində 500 manat cərimə olunub.

İsgəndər Qayıbov ərizəsində onu da qeyd edib ki, 2025-ci ildə DNT testi verib və analizlər nəticəsində uşaqla bioloji uyğunluğu aşkar edilmədiyi üzə çıxıb. Buna görə də, o, məhkəmədən keçmiş arvadından 18 min amant alınaraq ona qaytarılmasına dair qərar çıxarılmasını xahiş edib.

Cavabdeh Nazilə Museyibova isə iddia tələbini qəbul etməyib. O bildirib ki, 2009-cu ilin avqustunda İsgəndər onu qaçırıb, noyabrda isə toy edib. Bir il sonra isə onlar ayrılıb, Nazilə başqa şəxslə ailə həyatı qurub. Nazilə ikinci həyat yoldaşından da boşanandan sonra İsgəndər 2012-ci ildə onunla yenidən barışmaq qərarına gəlib:

“Həmin vaxt ikinci həyat yoldaşımdan hamilə idim. İsgəndərlə yenidən nikaha daxil olanda bu barədə onun məlumatı var idi. Uşaq dünyaya gəldi və məndən xəbərsiz doğum haqqında şəhadətnamədə ata qrafasında öz adını qeyd etdirdi. Mən də dedim ki, sənin uşağın deyil, niyə belə edirsən? 2014-cü ildə İsgəndərlə yenidən ayrıldıq. O, uşağın ondan olmadığını bilirdi, qızı 12 il öz uşağı kimi qəbul edib”.

Nazilə iddia ərizəsinin heç bir hüquqi əsası olmadığına görə rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edib.

Məhkəmə araşdırılması zamanı müəyyən edilib ki, İsgəndər Qayıbov uşağın doğum tarixinin nikahdan üç ay sonra baş verdiyini iddia ərizəsində etiraf edib . Bu müddət ərzində iddiaçı uşağın valideyni olduğunu qəbul edib və 12 il müddətində aliment ödəyib. Bu isə onun uşağın doğumundan dərhal sonra atalığını mübahisələndirməməsi deməkdir. İddiaçı tərəf uşağın onun övladı olmamasından xəbəri olmadığını bildirsə də, bu halı sübuta yetirə bilməyib.

Bu müddət ərzində İsgəndər tərəfindən mübahisə açılmaması və indi bu iddianın irəli sürülməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.2-ci maddəsinə uyğun olaraq əsassızdır. Məhkəmə qeyd edib ki, nikaha daxil olarkən 7 aylıq hamilə olan Nazilə Museyibova 2013- cü il təvəllüdlü qız uşağının bioloji atası olmamasını bilməməsi ağlabatan görünmür. Belə olan halda iddia tələbi əssasız hesab edilib və təmin olunmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Dekabr 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri