Ermənistanda hərbçilər niyə intihar edir? Səbəbi açıqlandı
Icma.az, Bizim media saytına istinadən bildirir.
Ermənistan hərbçiləri arasında intihar hallarının mümkün səbəblərindən biri müəyyən sektalara mənsubiyyət ola bilər.
Bu barədə Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” nəşri yazıb.
Onun sözlərinə görə, bəzi sektalar intiharı təbliğ edir və ayrı-ayrı hallarda istintaq onların hərbçilərə təsirini təsdiqləyən faktlar aşkarlayıb.
Poqosyan qeyd edib ki, intihar edən əsgərlərdən birinin bədənində istintaqın qiymətləndirməsinə görə, intihara meyilliliyi göstərən döymələr aşkar edilib.
“Bu, milli təhlükəsizlik məsələsidir və yaxın vaxtlarda müvafiq proseslərə başlayacağıq. Cəmiyyət bu barədə məlumatlandırılacaq. Söhbət bir neçə hadisədən gedir”, – deyə o bildirib.
O, bu məsələ ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyana müraciət etmək niyyətində olduğunu da açıqlayıb.
2026-cı ilin əvvəlindən Ermənistan Silahlı Qüvvələrində hərbçilərin ölümü ilə nəticələnən 17 hadisə qeydə alınıb. Bu hadisələr cəmiyyətdə geniş rezonans doğurub və orduda nizam-intizam, nizamnamədənkənar münasibətlər, eləcə də şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ilə bağlı problemləri yenidən gündəmə gətirib.
Avqustun 24-də Ermənistanın müdafiə naziri Suren Papikyan əsgərlərin ölümünə görə məsuliyyətin birbaşa müdafiə nazirinin üzərinə qoyulmasının onun üçün gözlənilməz olduğunu bildirib. Həmin gün daha bir müddətdən artıq xidmət edən hərbçinin öldüyü məlum olub.
Bundan əvvəl, avqustun 13-də Ermənistanın baş naziri Nikol Paşinyan ordudakı hadisələri şərh edərkən müvafiq sahələrə cavabdeh strukturlarda kadr dəyişikliklərinin olacağını açıqlamışdı. Bundan qısa müddət sonra Silahlı Qüvvələrin Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi Sereja Stepanyan və Hərbi Polis İdarəsinin rəisi Aşot Zakaryan vəzifələrindən azad ediliblər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 03 Noyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















