Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az Xitab24.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu 28 May qəsəbəsində qeydə alınıb.
Məlum olub ki, Zivər Yahyayev (ad-soyad şərtidir) münasibətlərini sonlandırmaq istəyən qadından qisas almaq məqsədilə sulfat turşusunu onun sifət və bədən nahiyəsinə tökməklə xüsusi amansızlıqla zərərçəkmiş şəxsin baş və üz nahiyələrinin, boyun nahiyəsinin, sol yuxarı ətrafın, sağ və sol qulaq seyvanı nahiyələrinin, sağ və sol əlin (ümumilikdə bədən səthinin təqribən 20%) II-III dərəcəli kimyəvi yanıq yaraları almasına səbəb olub.
Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bu sözləri deyib:
"Artıq onun mənlə barışmayacağına əmin idim. Bundan sonra başqa şəxslərlə münasibətdə ola bilməsi ehtimalını düşündüm. Heç kimin onunla münasibət qurmaması üçün üzünü eybəcər hala salmaq məqsədilə sifətinə kimyavi maddə tökdüm”.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Z.Yahyayev barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 18 Avqust 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















