Icma.az
close
up
RU
Sevgilisinin üzünə kislota tökən şəxsin məhkəmə işi

Sevgilisinin üzünə kislota tökən şəxsin məhkəmə işi

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Həcər Hüseynovanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim məhkəmə istintaqının başlanmasını elan edərək ittiham aktını elan etmək üçün sözü dövlət ittihamçısına verib. Dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edən zaman məlum olub ki,
təqsirləndirilən şəxs Həcər Hüseynova Sabunçu rayonu ərazisində, Olimpiya kompleksinin ətrafında avtomobildə Azər Ağayevin bədəninə yandıran maddə kislota tökərək onun bədəninin 30-35 faizini yandıran hərəkətlər edib.  Bununlada onun sağlamlığına ağır xəsarət yetirib. 

Təqsirləndirilən şəxs Həcər Hüseynova baş vermiş cinayətdə özünü qismən təqsirli bilib. 

Sonra Həcər Hüseynova  təqsirləndirilən şəxs qismində ifadə verib: "Mənim əvvəlki ərim Mehdi Hüseynova ilə mübahisəm olub. O zaman aramızda boşanma olmamışdı. Mən həyat yoldaşımla Beyləqanda yaşayırdıq. O evə daim içkili gəlirdi, söz-söhbət olurdu. Azərdə onun xalası nəvəsi idi. Onunla birgə içirdi.  Həmçinin qayınanam Səadət Hüseynova ailəmdə problemlər yaradırdı. Sonuncu dəfə Azər Ağayev mənə dedi ki, sənin ərin Mehdi sənə xəyanət edir. Hətta mənə telefonda verdi. Onunla arada danışırdıq. Bir müddət sonra yoldaşım Mehdi Azərlə əlaqəmin olduğunu bildirdi. Azər evimizə gəlib mənə zor tətbiq eləmişdi, mənimlə cinsi əlaqədə olmuşdu. Ancaq ailə üzvlərim məni vurdular. Bundan sonra ailəm dağıldı, boşandım. Atamdan icazə alıb gəlib Zirə də istixanada işə girdim. Ancaq Mehdi ilə Azərin aralarında söz-söhbət davam edirdi. Mehdi deyirdi Azər sənin barədə nalayiq ifadələr işlədir. Sonra Mehdi mənə dedi ki, Azərlə sevgili olmadığını mənə sübut elə. Mən də çantama kislota qoydum gəldim. Köhnə iş yerimdən götürmüşdüm. Azər zəng vurdu görüşdük, maşının qapısını açıb oturdum, kislotanı tökdüm üzünə, ayağına. Qorxutmaq mənasında elədim, öldürmək niyyətim yox idi. Özüm 102 zəng xidmətinə zəng vurub məlumat verdim. 
Mən Xəzər TV-yə Lalə Azərtaşın verilişinə 2022-ci ilin yanvarında Mehdinin qohumları vasitəsilə çıxmışam. Məqsədim isə ailəmi qaytarmaq idi. Peşmanam əməlimdən, Azərdən üzr istəyirəm".

İfadələr arasında ziddiyyətlər olduğundan Həcər Hüseynovanın ibtidai istintaqda verdiyi ifadəsi elan olundu. Məlum oldu ki, Həcər Hüseynova ara-sıra Azərlə danışıb. Hətta Azər Həcərgilin evinə gəlib hamamda onunla cinsi əlaqədə olub. Bununla bağlı Beyləqan polisinə də zorlama ilə bağlı şikayət etsə də sübut eləyə bilməyib. Buna görə Xəzər TV-də Lalə Azərtaşın verilişinə çıxıb bu barədə orada da danşıdım. 2023-cu ilin yanvar ayından həyat yoldaşımdan boşandım. Bundan sonra Azərdən intiqam almaq üçün bu hərəkəti etdim, ömürlük ona damğa vurmaq istəyirdim. 

Məhkəmənin növbəti gedişində zərərçəkmiş şəxs  Azər Ağayev ifadə verdi: "Mehdi ilə Həcər məhkəmədə boşanmışdı. Mehdi Həcərə aliment kəsdirmişdi. Telefonda Həcərdən alimenti tələb edirdi. O bunu verə bilmirdi. Həcər mənə zəng edirdi ki, gəl görüşək, alimenti verməyə mənə kömək elə. Görüşdük oturduq maşında. Mənə kappi qabını çıxardıb su içməyi təklif elədi. Mən istəməyəndə həmin sonra bildiyim kislotanı üzümə, ayağıma tökdü. Qardaşımı çağırdım ki, məni xəstəxanaya çatdırın. Həcər Hüseynova ilə barışmamışam. Hazırlıq iclasında dedim ki, Həcər həbs olunsun. Ancaq eləmədilər, faktiki qaydaları pozur. Sonra başladı mənimlə oyun oynamağa. Bu efirdən çıxandan sonra mənə zəng elədi ki, mənə yiyə durursan. Mehdi bunu Vadar edib ki, get Azərin üstünə kislota tök. Mənim Həcərlə heç bir sevgi münasibətim olmayıb. Mehdi bunun başına güllə dirəyib məcbur edib ki, de ki Azərlə cinsi əlaqədə olmusan. Sonra Mehdi Şuşada avtomobil qəzasında rəhmətə gedib".

Məhkəmə prosesi yanvar ayının 31- nə kimi təxirə salınıb. 

Qeyd edək ki, Həcər Hüseynova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Yanvar 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri