Icma.az
close
up
RU
Bakıda küçə yol şəbəkəsində müəyyən çatışmayan məqamlar var, piyada infrastrukturu da bərbad haldadır

Bakıda küçə yol şəbəkəsində müəyyən çatışmayan məqamlar var, piyada infrastrukturu da bərbad haldadır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bakıda küçə-yol şəbəkəsində müəyyən çatışmayan məqamlar var. Amma ən əsas çatışmayan məqam Bakının yarım dairəvi yolunun tamam tikilməməsidir. Yəni 2008-2009-cu ildə şəhərə daxil olmadan müəyyən sürətli yollar tikildi: Bakı dairəvi yolu, Lökbatan dairəsi-Biləcəri, Koroğlu-Hava limanı, Zığ dairəsi-Hava limanı.. Amma bunu əlaqələndirən hissə, yəni Biləcəri-Binəqədi-Ramanı yolu tikilmədi. Bu da mövcud küçə yol şəbəkəsinin yüklənməsinə gətirib çıxartdı. Hazırda Ziya Bünyadov prospektinin və 20 yanvar dairəsinin əsas yüklənmə səbəblərindən biri şərq-qərb üzrə şəhərdaxili axındır. Şəhər ətrafındakı yüklənmə, küçə-yol şəbəkəsinin yüklənməsinə gətirib çıxarır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu mövzu zaman-zaman ortaya çıxır. Ekspert qeyd edib ki, baş planda ilkin olaraq bu yarım dairəvi yolların tikintisi nəzərdə tutulub: “Orada üç dairə var. Biri Pirşağı-Xırdalan M24. Bu, ən üstdədir. Ondan altda Biləcəri-Binəqədi-Ramanıdır. Ondan da altda Biləcəri-Baksol yolu-Dərnəgüldür. Bu yolların tikilməsi ilə ümumi şəhərə daxil olmadan sürətli hərəkət etmək mümkün olacaq”.

Rauf Ağamirzəyev

Rauf Ağamirzəyev bildirib ki, şəhərin üzü şimal-qərb istiqamətində inkişafı nəzərdə tutulub.

“Bakıda hərəkətə baxsaq, əsas hərəkətlilik Bayıldan Zığa hərəkətdən daha çox, Bayıldan üzü Yusif Səfərova və uzağı Nargilə-Əhmədli istiqamətindədir. Burada həmin o yarım dairəvi yolların tamamlanması, şəhərin giriş nöqtələrində “Park and ride”, yəni “avtomobilini park et, səfərinə ictimai nəqliyyatla davam et” variantının təşkil edilməsi ictimai nəqliyyatın inkişafına Dövlət Proqramında nəzərdə tutulub. Onu daha da sürətli etmək və gələcək perspektivləri nəzərə alaraq investisiyanı artırmağa gərək var. Çünki hərəkətlilik artır və bunun da məsafəyə uyğun həllərini daha da təkmilləşdirməyə ehtiyac var. Qısa məsafədir. Şəhərdə piyada infrastrukturu bərbad haldadır. Dövlət proqramı var. 25-30-cu illər ərzində bütün piyada səkiləri abadlaşmalıdır. Bu, vacib elementdir. Çünki biz bütün növlərdən düşəndən sonra piyadayıq. Ondan sonra mikromobillikdir.

Keçən ildən zolaqlar yaradılır, qısa məsafə “lastmile” deyirlər. Sonuncu məsafəni mikromobillik ilə hərəkət etmək üçündür. Ayrılmış avtobus zolağı şəbəkəsi yaranıb və onun genişləndirilməsi də hədəf qoyulub və işləkliyi də biz gördük ki, avtobusla daha tez çatmaq olur.

Digər növlərdən biri metrodur, bununla bağlı Dövlət Proqramı təsdiq olunub, aktiv işlərə başlanılıb. Şəhərətrafı dəmir yoluyla da bağlı planlar var və ilkin olaraq işlər də görülür. Tramvayın qaytarılması nəzərdə tutulub. Bu layihələrlə biz hərəkətliliyə təsir edə bilərik. Şəhərin mərkəzi hissəsində müəyyən küçələr zamanında sənaye zonası olub. İndi onun regenerasiya olunması nəzərdə tutulub. Bu da gələcəkdə əlavə küçə yol şəbəkəsinə yeni imkanlar qazandıracaq”-deyə Rauf Ağamirzəyev qeyd edib.

Ekspert əlavə edib ki, başqa bir layihə var: “Neft emalı zavodunun köçürülməsi zaman-zaman müzakirə olunub, indi təkrar gündəmə gəlib. Bu da şəhərdəki hərəkətliyə təsir edəcək. Əsas sual odur ki, biz nə ilə hərəkət edirik və niyə hərəkət edirik? Əgər bu növləri inkişaf etdirmədən yalnız avtomobil yollarına və avtomobillər üçün şərait yaradacağıqsa, vəziyyət hər gələn gün daha da pisləşəcək. Amma fərqli hərəkət üçün şərait yaradanda insanlar yalnız zəruri hallarda fərdi nəqliyyatdan istifadə edəcəklər. Fərdi nəqliyyat üçün bütün dünyada çəkindirən vasitələrə gedirlər. Şəhərin giriş nöqtələrində parkinqlər təşkil olunur. Müəyyən yaşayış məntəqələrində müxtəlif səviyyəli parkinqlərin təşkili yönündə layihələr fikirləşmək lazımdır. Çünki bizim üçün ən dəyərli olan şəhərdə resurs torpaqdır. Bunu səmərəli istifadə edəndə həyat keyfiyyətimizə də təsir edir. Yəni nə oturmağa yer olur, nə hərəkət etməyə yeri olur və hər yeri bu avtomobillər zəbt edirsə, bu ümumi şəhərin, elə bil qan damarlarında tromba bənzəyirdi. Qan necə hərəkət etməyəndə insanın müəyyən bir hissəsi iflic olma dərəcəsinə gəlib çıxırsa, burada da həmin prosesdir. O trombları biz təmizləməliyik və fərqli hərəkət üçün imkanlar yaratmalıyıq. Vətəndaş özü qərar verə bilməlidir ki, neçə metr piyada gedəcək. Mikromobilliklə, avtobus, metro, qatarla və s.”

Raud Ağamirzəyev bildirib ki, biz transformasiyadan danışırıq, yəni "avtobus zolağı yaradılıb, sürət olunub", amma nəqliyyat əlçatanlığı baxımından dayanacaqların sayının artırılmasına ehtiyac var ki, daha əlçatan məsafədə olsunlar.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Sentyabr 2025 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri