Icma.az
close
up
RU
Bakıda mağazalar sakinlərin kabusuna çevrilir Qanun nə deyir?

Bakıda mağazalar sakinlərin kabusuna çevrilir Qanun nə deyir?

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mağaza açılır, musiqi başlayır, binanın sakinləri isə öz evlərində belə rahatlıq tapa bilmirlər. Canlı ifa, yüksək səsli kolonka, mikrofon və açılış mərasimi üçün qurulan musiqi sistemi bəzən mağazanın qarşısından deyil, birbaşa mənzillərin içindən eşidilir.

Xüsusilə Bakıda çoxmənzilli binaların altında yeni obyektlərin açılışı zamanı bu mənzərə ilə tez-tez rastlaşmaq olur. Sahibkar müştəri cəlb etmək üçün tədbir keçirir, sakin isə evində istirahət edə bilmir.

Bəs belə hallarda mağazaların səs-küylə bağlı hansı öhdəlikləri, sakinlərin isə hansı hüquqları var? pizza mizza

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan qanunvericiliyində səs-küy məsələsi ilə bağlı konkret tələblər var.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00:00-dan 07:00-dək səs-küy salmaq, ucadan mahnı oxumaq, musiqi alətlərini ucadan çalmaq və digər vasitələrlə gur səs yaratmaq inzibati məsuliyyət yaradır.

Belə hal üçün fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manatadək cərimə edilə bilər. Yəni mağazanın açılışı, reklam tədbiri və ya canlı musiqi olması öz-özlüyündə gecə saatlarında yüksək səs yaratmağa icazə vermir. Amma məsələ yalnız saat 00:00-dan sonra başlayan səs-küylə bitmir.

Azərbaycan Prezidentinin fərmanı ilə təsdiqlənmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” yaşayış və ictimai binalarda, eləcə də yaşayış binalarının ərazisində səs-küy üçün yolverilən səviyyələri müəyyən edir. Bu normalar mülkiyyət formasından asılı olmayaraq fiziki və hüquqi şəxslər üçün məcburidir. Məsələn, yaşayış binalarına bilavasitə bitişik ərazilər üçün səs-küyün gündüz və gecə yolverilən səviyyələri ayrıca müəyyənləşdirilib. Buna görə də hələ günortadır,  deməli yüksək musiqi səsləndirmək olar yanaşması düzgün deyil. Səs müəyyən edilmiş həddi keçirsə, günün saatından asılı olmayaraq məsələ araşdırıla bilər. Qanun hətta səs-küyün ölçülməsi üçün konkret mexanizm də nəzərdə tutur. Müvafiq normalarda səs səviyyəsinin desibellə ölçülməsi və yaşayış binalarında yolverilən hədlərin müəyyən edilməsi qaydaları göstərilib.

Bəs sakin nə edə bilər?

Əgər mağazanın qarşısında keçirilən tədbir zamanı yüksək səs yaranıbsa, sakin ilk növbədə polisə müraciət edə bilər. Daxili İşlər Nazirliyi də son illərdə yaşayış binalarının yaxınlığında yerləşən obyektlərdə yüksək səslə bağlı sakinlərin müraciətləri əsasında tədbirlər keçirildiyini açıqlayıb.

Məsələn, 2025-ci ilin aprelində Nərimanov rayonunda sakinlərin şikayətləri əsasında kafe, restoran, əyləncə mərkəzi və digər obyektlərdə yoxlamalar aparılmışdı. Gecə saat 00:00-dan sonra yüksək səslə musiqi yaydığı müəyyən edilən obyektlərdə musiqinin dayandırıldığı, inzibati protokollar tərtib edildiyi və obyekt sahiblərinin cərimələndiyi bildirilmişdi.

Sakinlər 102 xidmətinə müraciət edə, həmçinin DİN-in “Virtual 102” sistemi vasitəsilə görüntü, səs qeydi və yazılı formada şikayət göndərə bilərlər. Burada vacib məqam şikayətin yalnız “musiqi çox yüksəkdir” formasında edilməməsidir. Sakinlər hadisənin tarixini, saatını, obyektin ünvanını, musiqinin nə qədər müddət davam etdiyini qeyd edə, mümkündürsə video və səs yazısı ilə vəziyyəti sənədləşdirməlidirlər. Səs-küy gün ərzində baş verirsə və söhbət normadan artıq səs səviyyəsindən gedirsə, məsələ yalnız polis xətti ilə məhdudlaşmır. Qanunvericilikdə səs-küyün səviyyəsinə nəzarət edən qurumların səlahiyyətləri də müəyyən edilib. Yaşayış və ictimai binalar, o cümlədən mağaza və restoran kimi obyektlərlə bağlı səs-küy normalarının pozulması müəyyən hallarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyət dairəsinə düşür. Gecə vaxtı səs-küyə nəzarətlə bağlı isə Daxili İşlər Nazirliyinin səlahiyyəti nəzərdə tutulub.

Sakinlərin hüquqları bununla da bitmir.

Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, şəxs öz mənzil hüquqlarını həyata keçirərkən digər şəxslərin hüquq, azadlıq və qanuni mənafelərini pozmamalıdır. Mülki Məcəllədə də mülkiyyətçinin öz əmlakından istifadə hüququnun qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmaması şərti ilə həyata keçirilməli olduğu göstərilir. Qanun hüquqdan sui-istifadəyə də yol vermir. Bu isə o deməkdir ki, obyektin sahibi “mağaza mənimdir, tədbiri də istədiyim kimi keçirə bilərəm” deyərək digər şəxslərin hüquqlarını nəzərə almadan hərəkət edə bilməz.

Xüsusilə mağaza birbaşa yaşayış binasının altında yerləşirsə, yüksək səsli tədbir zamanı səsin mənzillərə necə təsir etdiyi də nəzərə alınmalıdır. Əgər səs müəyyən edilmiş normanı keçirsə və ya gecə saatlarında məişət səs-küyü qaydaları pozulursa, sakinlərin aidiyyəti dövlət qurumlarına müraciət etmək hüququ var.

Maraqlıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə “səs-küy halları” ilə bağlı 11 müraciət qeydə alınıb. Bu da problemin vətəndaş müraciətlərində ayrıca yer aldığını göstərir.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Sentyabr 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri