Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Bakıda Meksikanın kukla mədəniyyətini əks etdirən sərgi açılıb

Bakıda Meksikanın kukla mədəniyyətini əks etdirən sərgi açılıb

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Kukla Teatrında “Meksika kuklaları” adlı sərginin açılışı keçirilib.

525.az xəbər verir ki, layihənin müəllifi tanınmış fotoqraf və art-kurator Aydın Sadıxovdur. Layihənin əsas məqsədi Meksikanın zəngin mədəni irsini, xüsusilə də kukla sənətinin yaranması və inkişaf tarixini Azərbaycan ictimaiyyətinə tanıtmaqdır.

Tədbirin açılışında çıxış edən səfir Mariya Viktoriya Romero Kabalyero deyib ki,  mədəniyyət xalqları birləşdirən körpüdür və bu əsnada belə bir sərgi ərsəyə gətirilib.

Səfir əlavə edib ki, sərgidə nümayiş olunan kuklalar vasitəsilə sanki  xəyallarımız canlanır və biz keçmişə səyahət edirik.

O, layihəni iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından önəmli addım kimi dəyərləndirib, sərginin yüksək səviyyədə təşkilinə dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Kukla Teatrı rəhbərliyinə təşəkkürünü bildirib: “Bu sərgi çox maraqlı və əhəmiyyətlidir. Bu günün əsas mövzusu Meksika kuklalarıdır. Hesab edirəm ki, uşaqlar üçün də çox maraqlı və öyrədici tədbirdir”.

Müəllif Aydın Sadıxov sərginin təşkilinə görə Meksika səfirliyinə və Dövlət Kukla Teatrının  rəhbərliyinə təşəkkür edib. Onun sözlərinə görə, bu ideya 3 il əvvəl həyata keçirilməyə  başlayıb. Artıq Polşa və Çexiya səfirlikləri ilə kukla  mədəniyyətinə dair belə sərgi keçirilib. Çox xoşdur ki, bu gün Meksika kuklaları mədəniyyəti də təqdim olunur.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə dedi ki, kukla teatrı müxtəlif xalqların bədii nümunələri ilə yanaşı kukla sənəti incilərinin də zaman-zaman tamaşaçı qarşısına çıxarılmasına maraq göstərir: “93 illik tarixi yol keçən Azərbaycan Dövlət Kukla Teatrı milli ədəbi nümunələrimiz ilə yanaşı dünya xalqlarının bədii irsini də, ədəbi nümunələrini də teatrın, səhnənin özünəməxsus ifa üslubu ilə yetişən nəsillərə çatdırmağa çalışır. Bu sərgi də bizim bu mənada marağımızı cəlb edən aksiyalardandır.

Qeyd olunduğu kimi, bundan öncə dost Polşa Respublikasının kukla sənəti ilə bağlı dolğun bir sərgiyə ev sahibliyi etdik.

Sənət, mədəniyyət, ümumiyyətlə incəsənətin bütün qolları xalqların, dövlətlərin mədəni mübadiləsində mühüm əhəmiyyətə malikdir”.

Milli Məclisin deputatı, Azərbaycan - Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva sərginin ölkələrarası mədəni əməkdaşlığa xidmət etdiyini deyib, belə aksiyaların davamlı olmasını arzulayıb: “Bu, Meksika səfirliyinin növbəti uğurlu layihəsidir. Belə təşəbbüslər hər iki ölkənin qədim incəsənətinin tanıdılmasına və münasibətlərin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Dövlət Kukla Teatrı isə öz missiyasına uyğun olaraq bu cür layihələri uğurla reallaşdırır və sözsüz ki, sənət ocağı olaraq balacaların teatr, böyük səhnə sənəti ilə ilkin təmasını ustalıqla təmin edir”.

Daha sonra Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə ilə Meksikanın Azərbaycandakı səfiri xatirə hədiyyələrini təqdim ediblər.

Tədbir çərçivəsində məktəblilər Meksika mədəniyyətinə uyğun rəqs nümunələri göstərilib.

Qeyd edək ki, “Meksika kuklaları” sərgisi — Meksika xalqının tarixi, inancı, birliyi və ruhunu əks etdirən kuklalar vasitəsilə bu ölkənin zəngin mədəniyyətinə vizual bir səyahətdir. Layihənin mərkəzində tanınmış fotoqraf Aydın Sadıxovun bir il ərzində ərsəyə gətirdiyi unikal fotosessiyalar silsiləsi dayanır. Bu fotosessiyalarda müxtəlif növ və üslubda Meksika kuklaları lentə alınıb. Hər çəkilişdən öncə fotoqraf kuklaların tarixi, regional xüsusiyyətləri və mədəni mənası ilə bağlı dərin tədqiqat aparıb.

Meksika kuklası  sadəcə oyuncaq deyil, əsrlərlə ailədən ailəyə ötürülən qədim ritualların, ailə tarixlərinin və xalq folklorunun daşıyıcısı olan sənət nümunəsidir. Bu kuklaların parlaq və zəngin geyimlərində qədim sivilizasiyaların və ölkənin müstəmləkə dövrünün izləri, üz ifadələrində isə sevinc, ümid və güc əks olunur. Fotoqrafın obyektivindən baxıldıqda bu kuklalar canlı obrazlara çevrilir, hər biri özünəməxsus hekayəsi və səsi olan qəhrəmandır.

Meksikada kukla sənətinin tarixindən danışarkən arxeoloji məlumatları da xatırlamaq vacibdir. Qazıntılar nəticəsində məlum olub ki, bu ölkədə ilk oynaqlı kuklalar qədim dövrlərdən mövcuddur. Bu faktı eramızdan əvvəl 1300-cü ilə aid olan və hündürlüyü 40 santimetr təşkil edən beş gil “marionetka” sübut edir. Onlar qədim olmek mədəniyyətinə aiddir və Meksikada kukla sənətinin çox dərin köklərə malik olduğunu göstərir.

Bu sərgi keçmişlə bu gün arasında qurulan bir dialoqdur. Onun məqsədi təkcə tamaşaçını valeh etmək deyil, həm də Meksikanın unikal mədəni irsinə maraq oyatmaq, qeyri-maddi mədəniyyətin müasir dünyada qorunub saxlanmasının vacibliyini xatırlatmaqdır. Sərgidə təqdim olunan fotolar sadəcə kuklaların təsviri deyil, burada mifologiya, folklor, milli qürur və ənənələrin müasir baxışla yenidən yozulması bir araya gələn vizual hekayələr toplusudur. Ekspozisiyanın mərkəzində üç əsas növ Meksika kuklası dayanır: LeLe kuklaları, Katrinalar və Luça Libre güləşçilərini (luçador) əks etdirən kuklalar.

LeLe kuklaları yerli ənənələrin qoruyucuları hesab olunurlar və yerli Otomi xalqının simvoludur. Otomi dilində LeLe uşaq deməkdir.

Katrinalar qadın obrazında həyat və ölüm fəlsəfəsini ehtiva edir və Meksika mifologiyasında ən tanınmış, dərin mədəniyyət fiqurlarından biridir.

Luça Libre güləşçiləri təsvir edən kuklalar Meksika mədəniyyətinin müasir və eyni zamanda dərin folklor tərəfini təmsil edir.

Qeyd etmək lazımdır ki, Meksikada kukla və teatr sənətinə böyük diqqət yetirilir. Bunun sübutu Qvadalaxarada keçirilən böyük Beynəlxalq Kukla Festivalıdır. Xalisko ştatının paytaxtında hər il keçirilən bu festival Meksikada, eləcə də bütün Latın Amerikasında kukla sənətinin populyarlaşması üçün ən mühüm platformalardan birinə çevrilib. Bu Festival təkcə müxtəlif ölkələrdən olan peşəkar kuklaçıları, teatrları, rəssamları və müəllimləri deyil, həm də yerli icmaları və uşaqları birləşdirərək şəhəri kuklanın aktyor, nağılçı, mədəniyyət daşıyıcısı və dialoq aləti olduğu məkana çevirir.

Pərvanə Sultanova

Bakıda Meksikanın kukla mədəniyyətini əks etdirən sərgi açılıb

Bakıda Meksikanın kukla mədəniyyətini əks etdirən sərgi açılıb

Bakıda Meksikanın kukla mədəniyyətini əks etdirən sərgi açılıb

Bakıda Meksikanın kukla mədəniyyətini əks etdirən sərgi açılıb

Bakıda Meksikanın kukla mədəniyyətini əks etdirən sərgi açılıb

Şəkil sayı: 5

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri