Özünə qanunsuz yer düzəldən sürücü döngəni zəbt etdi FOTO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtda parklanma yerlərinin azlığı səbəbindən bəzi sürücülər avtomobilləri üçün qeyri-qanuni yerlər düzəldirlər. Avtosfer.az xəbər verir ki, bəzən bunun üçün hətta dəmir konstruksiyalar asfalta bərkidilərək yolun bir hissəsi zəbt olunur. Belə hallardan biri Yasamal rayonunun Mirəli Seyidov 50 ünvanında qeydə alınıb. Ərazidə avtomobillərin çoxluğu səbəbindən bina sakinlərindən biri döngədə öz maşını üçün qanunsuz şəkildə yer ayırıb. Fotodan da göründüyü kimi, o, dəmir konstruksiyanı asfalta bərkidərək küçənin həmin hissəsini zəbt edib.
Qeyd edək ki, qanunvericiliyə görə, yola hər hansısa bir maneə quraşdırmaq qadağandır. Bu əməli törədən şəxslər İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsilə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə oluna bilərlər.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 18 Noyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















