Bakıda məktəblinin qətlinin təfərrüatı bilinib FOTOLAR
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən gün Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində 2010-cu il təvəllüdlü H.Mirzəyevin qətlə yetirilməsinin təfərrüatı məlum olub.
"Cebheinfo.az" "Teleqraf"a istinadla xəbər verir ki, 15 yaşlı H.Mirzəyev iki dostu ilə birgə 52 nömrəli məktəbin yaxınlığında yerləşən binanın söhbətgahında əyləşib.
Ölən şəxsin yaxınlarının verdiyi məlumata görə, Ə.Novruzlu H.Mirzəyevin tanışı olub. Ə.Novruzlu bıçaqla zarafat edib. Həmin vaxt H.Mirzəyev onun əməlinə etiraz edib. Lakin Ə.Novruzlu bıçağı H.Mirzəyevin ayağına batırıb. Bu zaman bıçaq H.Mirzəyevin damarına tuş gəlib.
Bunu görən Ə.Novruzlu və tanışı ərazidən uzaqlaşıblar. Binada yaşayanlar dərhal təcili yardım çağırıblar, lakin H.Mirzəyev çoxlu qan itirərək ölüb.
Faktla bağlı araşdırma davam edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 18 Noyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















