Bakıda mənzil almaq istəyən 172 nəfər aldadılıb
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda mənzil satışı adı altında vətəndaşların xüsusilə külli miqdarda vəsaitini ələ keçirməkdə təqsirləndirilən “Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyevin cinayət işi məhkəməyə göndərilib.
Modern.az xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.
Bildirilib ki, Bakının Nizami rayonunda tikinti işləri ilə əlaqədar mənzilləri sökülən sakinlərə uzun müddət yeni mənzillərin verilməməsi barədə daxil olan məlumatlar əsasında araşdırma aparılıb.
İstintaq zamanı Ceyhun Quliyevin “My Home” yaşayış kompleksində əvvəllər başqa şəxslərə satılmış mənzilləri və digər əmlakları yenidən satmaq adı ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Şirkətin təsisçisinə xüsusilə külli miqdarda dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub. Barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 172 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
İbtidai istintaq tamamlanaraq cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 24 Noyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















