Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Sabah Kəlbəcər şəhəri günü qeyd ediləcək. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub. Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik rayonlardan hesab olunur. Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində Kəlbəcər rayonu heç bir güllə atılmadan və şəhid verilmədən Azərbaycana geri qaytarıldı. Bu Vətən müharibəsində əldə olunan hərbi qələbənin diplomatik, siyasi və eləcədə iqtisadi müstəvidə davamı kimi qiymətləndirilr".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov bildirdi.
Deputat vurğuladı ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb və təbii ehtiyatları qeyri-leqal olaraq mənimsənilib:
"İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarlıq ziyan dəyib. Kəlbəcərin mərmər oniksi, nefroid ehtiyatları da daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları mövcuddur. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verdi. Həmçinin tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur.
Son 5 ildə Kəlbəcər Cənubi Qafqazın ən dinamik inkişaf edən yaşayış məntəqələrindəndir. 2020-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 49 milyon manat olan Kəlbəcər rayonunda hazırda 1.5 milyard manatdan çox məhsul istehsal olunur. Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb. 2020-ci ildə cəmi 224 min manatlıq sənaye məhsulu istehsal edən Kəlbəcər 150 milyon manatdan yüksək sənaye potensialına malikdir. Bərpa və yenidənqurma işləri ilə əlaqədar olaraq Kəlbəcərdə tikinti sektoru son 5 ildə 165 dəfə böyüyüb. Bu qlobal olaraq bir yaşayış məntəqəsi üçün rekord göstəricilərdəndir. Bütövlükdə isə Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyub. Həyat və gülüş yenidən Kəlbəcərə qayıdır".
NURİYYƏ
Baxış sayı:78
Bu xəbər 24 Noyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















