Icma.az
close
up
RU
Xəzər çəkilir, yeni ərazilərin taleyi necə olacaq?

Xəzər çəkilir, yeni ərazilərin taleyi necə olacaq?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Abşeron yatağının tammiqyaslı işlənməsi ilə qaz hasilatının 2029-cu ildə 6 milyard kubmetrə çatdırılması nəzərdə tutulur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin birinci məsələsi – “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə dəyişikliklərin edilməsi ilə bağlı çıxışında deyib.

O bildirib ki, layihədə SOCAR və TotalEnergies şirkətlərinin hər birinin 35, ADNOC-un isə 30 faiz payı var. Saziş üzrə əvvəlki hökumət təminatları qüvvədə saxlanılır, 12 əlavə təsdiq olunur, investorların hüquqları və müqavilənin sabitliyi qorunur.

Deputatın sözlərinə görə, əsas məqsəd neft-qaz siyasətini yalnız hasilatla məhdudlaşdırmamaq, eyni zamanda dövlətin uzunmüddətli iqtisadi maraqlarını təmin etməkdir. 2023-cü ildə "Abşeron" yatağında başlanan ilkin hasilatın illik gücü 1,5 milyard kubmetr təşkil edib. Tammiqyaslı işlənmədən sonra, 2029-cu ildə bu göstəricinin 6 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Z.Oruc qeyd edib ki, mühüm beynəlxalq müqavilənin əhəmiyyətini qiymətləndirməklə yanaşı, Xəzərin gələcəyi və bioresurslarının qorunması məsələsinə də diqqət yetirilməlidir.

O, Prezident İlham Əliyevin Xəzərin Azərbaycan sektorunun sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi haqqında imzaladığı fərmanın strateji əhəmiyyət daşıdığını söyləyib. Deputatın fikrincə, sənədə həsr olunan brifinq dəniz səviyyəsinin azalması məsələsinin ali dövlət diqqətində olduğunu göstərib.

Z.Oruc Azərbaycanın müstəqillikdən sonra əldə etdiyi ən böyük iqtisadi nailiyyətlərdən birinin Xəzərin sərvətləri üzərində azad və suveren qərar vermək imkanının qazanılması olduğunu vurğulayıb. O, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə imzalanan “Əsrin müqaviləsi”nin Xəzərin neft sərvətlərini ələ keçirməyə çalışan qüvvələrin planlarını iflasa uğratdığını bildirib.

Deputat əlavə edib ki, sonrakı illərdə neft-qaz layihələrindən əldə olunan gəlirlər Azərbaycanın Vətən müharibəsində qələbəsində mühüm rol oynayıb. İndi isə Xəzərin özünün qorunması zərurəti yaranıb.

Onun sözlərinə görə, Coğrafiya İnstitutunun məlumatlarına əsasən, Astaradan Qırxbulağa qədər sahil xəttinin geriləməsi 40-50 metrdən 200-300 metrə qədər dəyişir. Ən güclü çəkilmə Qızılağac körfəzində müşahidə olunur və ildə orta hesabla 250-300 metr təşkil edir.

Z.Oruc Prezident İlham Əliyevin Xəzərin ekoloji sammitində dənizin su səthinin 20 min kvadratkilometrdən çox azaldığını, təkcə Azərbaycanın sektorunda 30 min hektara yaxın yeni quru sahənin yarandığını bəyan etdiyini xatırladıb.   

O hesab edir ki, dənizin səviyyəsinin azalması nəticəsində yaranan yeni ərazilərin hüquqi statusu, rəqəmsal xəritələşdirilməsi və dövlət nəzarəti vahid qaydada tənzimlənməlidir. Eyni zamanda limanlarda suyun dərinliyinin azalması gəmiçiliyi çətinləşdirir, sahilboyu antisanitar vəziyyətin aradan qaldırılması və balıq ehtiyatlarının qorunması üçün xüsusi dövlət tədbirlərinə ehtiyac yaranır.

Deputat diqqətə çatdırıb ki, Xəzərin çəkilməsi ilə yaranan yeni ərazilərin şəxsi maraqlar naminə mənimsənilməsi gələcək nəsillərin sərvətlərinin mənimsənilməsi demək ola bilər. Buna görə də həmin sahələrin istifadəsi ilə bağlı qərar verilməzdən əvvəl onların ekoloji təhlükəsizliyi müəyyənləşdirilməlidir.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Noyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri