Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Bakıda Mərakeş dəb, musiqi və qastronomiya axşamı keçirilib

Bakıda Mərakeş dəb, musiqi və qastronomiya axşamı keçirilib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bakıda Mərakeş İrsi Günləri çərçivəsində Mərakeş dəb, musiqi və qastronomiya axşamı keçirilib.

525.az xəbər verir ki, tədbir Mərakeş Krallığının Bakıdakl Səfirliyi və "Joussour des Arts et de la Créativité" Mərakeş Assosiasiyasının tərəfdaşlığı ilə təşkil edilib.

Tədbirdə millət vəkilləri, diplomatik korpusların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə çıxış edən Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş qonaqları salamlayıb, bildirib ki, Mərakeş Assosiasiyasının rəhbəri Lalla Fatima Zohra El Alaoui El Azizinin bu layihənin ərsəyə gəlməsindəki rolu, fədakarlıq və qətiyyəti xüsusi qeyd olunmalıdır: 

“Joussour” adının özü də gözəl bir mesaj daşıyır: Ərəb dilində bu söz “körpülər” deməkdir. Biz incəsənət və mədəniyyət vasitəsilə yaradılan körpülərdən daha gözəl hansı körpüləri qura bilərik? Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən, lakin öz tarixinə, ənənələrinə, mədəni kimliyinə və zəngin irsinə dərin bağlılıqla birləşən Mərakeş və Azərbaycan arasında körpülər yaratmaqdan gözəl nə ola bilər? Mərakeş hər zaman “körpülər” ölkəsi olub. Əsrlər boyu ölkəmiz müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və ənənələrin qovuşduğu məkan kimi çıxış edib. Bu qeyri-adi müxtəliflik Mərakeş kimliyinin əsas xüsusiyyətlərindən biridir və Mərakeş Konstitusiyasında da öz əksini tapır. Əlahəzrət Kral VI Məhəmmədin müdrik rəhbərliyi altında Mərakeş mədəni irsinin qorunmasına, təbliğinə və gələcək nəsillərə ötürülməsinə böyük əhəmiyyət verir, eyni zamanda müasir bədii yaradıcılığı da təşviq edir.Mərakeş kaftanı bu yanaşmanın gözəl nümunəsidir. O, Mərakeşin kimliyinin, sənətkarlığının və yaradıcılığının canlı ifadəsi hesab olunur. Kaftan özündə əsrlərin tarixini daşıyır və bu gün də bu axşam burada təqdim olunan Fatima Zəhra Filali İdrissi kimi müasir dizaynerlərin yaradıcılığı sayəsində daim yenilənir.

Onun 2025-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi bu irsin zənginliyinin və canlılığının mühüm şəkildə tanınmasıdır”.

Diplomat bildirib ki, iki saat ərzində Mərakeş modasının, musiqisinin, fotoqrafiyasının və qastronomiyasının ən yaxşı nümunələrini bir araya gətiriləcək: “Əlbəttə, iki saat bütün bu zənginliyi tam şəkildə əks etdirmək üçün kifayət etmir. Bu axşam işlərini kəşf etmək imkanı qazandığımız istedadlı dizaynerlərin, fotoqraf cənab Kazinin və kulinariya sahəsinin yaradıcı nümayəndəsinin yüksək peşəkarlığını xüsusi qeyd etmək istərdim. Lakin bu axşam yalnız başlanğıcdır. Sentyabrın 11-də saat 17:00-da proqramımız İçərişəhərdə Mərakeş sənətkarlığı sərgisinin açılışı ilə davam edəcək. Hamınızı səmimi qəlbdən tədbirə qoşulmağa və Mərakeşin qeyri-adi bədii və sənətkarlıq irsinin daha bir istiqamətini kəşf etməyə dəvət edirəm.

Dəb, musiqi, fotoqrafiya, qastronomiya və sənətkarlıq kimi müxtəlif ifadə formaları vasitəsilə sizə Mərakeş təcrübəsi yaşatmağa çalışırıq. Bu təcrübə yaradıcılığı və mədəni irsi, lakin hər şeydən əvvəl, xalqlarımız arasında dostluğu və dialoqu ön plana çıxarır”. 

Sonra çıxış edən "Joussour des Arts et de la Créativité" Mərakeş Assosiasiyasının rəhbəri Fatima Zohra El Alaoui El Azizi bildirib ki, Mərakeş Krallığının zəngin və rəngarəng mədəni irsini, incə və köklü ənənələrini, eləcə də heyrətamiz coğrafi müxtəlifliyi ilə seçilən ölkəmizi təqdim etməkdən məmnunuq: “Ümid edirik ki, bu görüş bizi bir araya gətirərək təcrübə mübadiləsinə, qarşılıqlı anlaşmaya və xalqlar arasında yaxınlaşmaya töhfə verəcək.

Əlahəzrət Kral VI Məhəmmədin rəhbərliyi və davamlı dəstəyi sayəsində Mərakeş xalqı dünyadakı mövqeyini möhkəmləndirir, digər ölkələrlə münasibətlərini dərinləşdirir və qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan yeni tərəfdaşlıqlar qurur. Bununla da Mərakeş xalqlar arasında layiqli və seçilən mövqeyini daha da möhkəmləndirir”.

O deyib ki, burada iştirak edən hər bir sənətçinin özünəməxsus bədii, sənətkarlıq və mədəni xüsusiyyətləri var:  “Onlar Bakıya özləri ilə Mərakeş ruhunun bir parçasını gətiriblər və beləliklə hamımızın Mərakeş mədəniyyətinin zənginliyini və müxtəlifliyini kəşf edə və paylaşa biləcəyi bir pəncərə açılır”. 

Assosasiya rəhbəri xoş qarşılanmaya, göstərilən qonaqpərvərliyə görə də təşəkkür edib.

Daha sonra Mərakeşin milli kaftan geyimləri nümayiş etdirilib, ardınca Mərakeş musiqiləri, canlı  ifalar, zəngin mətbəx nümunələri təqdim olunub, . Qonaqlar mədəniyyət proqramından böyük zövq alıblar.

Xatırladaq ki, Mərakeş İrsi Günləri sentyabrın 14-dək davam edəcək.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2026 01:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri