Bakıda məşhur karqo şirkətinin zirzəmisində YANĞIN olub
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov, 6 ünvanında yanğın olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yanğın "Starex" karqo şirkətinə məxsus zirzəmidə qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın geniş əraziyə yayılmadan söndürülüb.

