Bakıda məşhur restoranda biabırçı vəziyyət İddia Video
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda məşhur restoranlardan biri antisanitar vəziyyətdə fəaliyyət göstərir.
Bunu Oxu.Az-a şikayət edən Emin Hüseynov deyib.
O bildirib ki, bu ilin sentyabr ayında Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən "Sherlock's" restoranında çayçı kimi fəaliyyət göstərib. Restorana təyin olunanda vəziyyətin acınacaqlı olduğunu gördükdən sonra irad tutub və restoranda səliqə, təmizlik yaratmağa cəhd göstərib:
"Restoranda vəziyyəti gördüm, irad bildirdim ki, mən bu şəraitdə işləməyəcəyəm, təmizlik işləri görülməlidir. Mən öz sahəmdə təmizlik işləri gördüm, qab və stəkanları, digər əşyaları özüm yuyub təmizlədim. Amma ərzaq olan sahədə təmizlik işləri görülmədi. Dəfələrlə bunu restoran rəhbərliyindən xahiş etsəm də, müsbət nəticə əldə olunmadı. Mətbəx bərbad və iyrənc gündə, yemək qabları həddindən artıq çirkli, yuyulmamış vəziyyətdə müştərilərə göndərilir. Təxminən bir ay işlədim, hər gün təmizlik tələb etdim, amma nə rəhbərlik, nə də administrator mənim bu xahişimə məhəl qoymadı. Sonda mənim özümü işdən çıxardılar".
E.Hüseynov bildirir ki, işdən çıxarılandan sonra onun maasının üçdəiki hissəsini də rəhbərlik kəsib və onu işdən qovub.
O, redaksiyamıza həmin restorandakı vəziyyətlə bağlı video da göndərib. Həmin görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 08 Oktyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















