Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda uzun illərdir satışa çıxarılmış dəbdəbəli malikanənin qiyməti daha 3 milyon manat endirilib.
Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.
Belə ki, paytaxtın Nəsimi rayonu, Tiflis prospektinin yaxınlığında yerləşən villanın satış qiyməti bu dəfə 12 milyon manata düşüb.
Məlumata görə, 1.500 m² tikili və 35 sot torpaq sahəsinə malik mülk 2014-cü ildən satışa çıxarılsa da, alıcısı tapılmayıb. Nadir memarlıq üslubuna malik 10 otaqdan ibarət premium malikanə daha əvvəllər müxtəlif dövrlərdə 17, 16 və 15 milyon manata təklif olunub.
Mətbuatda villanın 2002-2006-cı illər ərzində 12 ballıq zəlzələyə davamlı olaraq inşa edildiyi barədə məlumat dərc olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Sentyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















