Bakıda Mikromaliyyə Forumu keçiriləcək
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 29-da Bakıda “Kapital bazarlarına çıxış: 1-ci İnvestor – Mikromaliyyə Forumu” təşkil olunacaq.
“APA-Economics”in məlumatına görə, forum Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Kredit Büroları Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbirin əsas məqsədi kapital bazarları iştirakçıları ilə bank olmayan kredit təşkilatları (BOKT) arasında birbaşa dialoq mexanizmi yaratmaq, mikromaliyyə sektorunda investisiya imkanlarını investorlar üçün təqdim etməkdir. Forum çərçivəsində regionlarda fəaliyyət göstərən BOKT-lər maliyyə göstəricilərini, biznes modellərini və investisiya təkliflərini potensial investorlarla bölüşəcəklər.
Forumda Mərkəzi Bank və digər tənzimləyici qurumların nümayəndələrinin iştirakı sektorda mövcud investisiya mühiti, tənzimləyici çərçivə və əsas çağırışların açıq müzakirəsinə imkan yaradacaq. Tədbir investorlarla BOKT-lər arasında əməkdaşlığın gücləndirilməsi və konkret investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Yanvar 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















