Bakıda naməlum qadın gecə evlərin arasında gəzir Telefondakı şəxsin dediklərini icra edirdi VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Gecə saat 03:00 radələrində yaşayış məhəllələrindən birində qeyri-adi hadisə baş verib.
Milli.Az xəbər verir ki, bu barədə jurnalist Gülnar Nazirmqızı məlumat verib.
Onun bildirdiyinə görə, bir qadın telefon vasitəsilə qarşı tərəfdəki şəxsin dediklərini icra edib.
Məlumata görə, o, əvvəlcə ərazinin şəkillərini, daha sonra videosunu çəkərək kiməsə göndərib. Baş verənlərin şahidi olan sakinlərdən biri pəncərədən qadına səslənərək nə axtardığını soruşub. Qadın isə "Burada King Market var?" sualını verib.
Sualdan sonra qadının narahat olduğu və ərazidən uzaqlaşdığı bildirilib. Lakin 20 dəqiqə sonra həmin şəxs yenidən geri qayıdaraq ərazidə torpağı eşələməyə başlayıb.
Hadisə şahidləri qadının gecə saatlarında tanımadığı ərazidə nə axtardığını və ya ora nəsə qoyub-qoymadığını anlamadıqlarını bildirirlər.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 03 Fevral 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















