Icma.az
close
up
RU
Bakıda nə qədər eşşək var?

Bakıda nə qədər eşşək var?

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda rayonlar üzrə eşşək və qatırların statistikası məlum olub.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Azərbaycanda 2026-cı ilin 1 yanvarı üçün qeydə alınan eşşəklərin sayı 10 min 311 eşşək və 38 qatır qeydə alınıb.

Eşşəklərin 6809-u 3 yaş və daha yuxarı heyvanlardır ki, bu da onların əsasən təsərrüfatlarda aktiv istifadə olunduğunu göstərir.

Paytaxt üzrə göstəricilərə baxdıqda, Bakı şəhərində 22 eşşək (onlardan 8-i 3 yaşdan yuxarı) mövcuddur. Bu heyvanların hamısı Sabunçu rayonunda cəmləşib.

Regionlar üzrə isə mənzərə xeyli fərqlidir. Naxçıvan Muxtar Respublikasında isə 982 eşşək, 1 qatır var. Burada Naxçıvan şəhərində 10 eşşək, Babək rayonunda 191 eşşək, Culfa rayonunda 73 eşşək, Kəngərli rayonunda 224 eşşək qeydə alınıb. Həmçinin Ordubad rayonunda 57 eşşək və 1 qatır, Sədərək rayonunda 48 eşşək, Şahbuz rayonunda 171 eşşək, Şərur rayonunda isə 208 eşşək  mövcuddur.

Abşeron-Xızı iqtisadi rayonunda göstəricilər nisbətən aşağıdır. Abşeron rayonunda 6 eşşək , Xızı rayonunda isə 58 eşşək qeydə alınıb. Bu zonada qatır yoxdur.

Dağlıq Şirvan iqtisadi rayonunda isə ümumilikdə 505 eşşək saxlanılır. Ağsu rayonunda 57 eşşək , İsmayıllı rayonunda 175 eşşək  və 6 qatır, Qobustan rayonunda 92 eşşək, Şamaxı rayonunda isə 181 eşşək qeydə alınıb.

Ən yüksək göstəricilərdən biri Gəncə-Daşkəsən iqtisadi rayonunda müşahidə olunur. Bu iqtisadi rayonda 1177 eşşək var. Bölgələr üzrə Naftalan şəhərində 5, Daşkəsən rayonunda 182, Goranboy rayonunda 308, Göygöl rayonunda isə 199, Samuxda isə 483 eşşək mövcuddur.

Qarabağ iqtisadi rayonunda ümumilikdə 590 eşşək və 1 qatır qeydə alınıb. Ayrı-ayrı ərazilər üzrə baxdıqda ən çox eşşəyin olduğu rayon Ağdam, Füzuli və Bərdədir. Sırası ilə bu rayonlarda olan eşşəklərin sayı 152, 143 və 121-dir. Həmçinin 91 eşşək Tərtər, 70-i Ağcabədi, 11 Ağdərə və 2-si Xocavəndin üzərinə düşür. Bu iqtisadi rayonlardan sadəcə Xankəndi şəhərində eşşək yoxdur.

Ən yüksək göstəricilərdən  Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada 2094 eşşək və 2 qatır var. Bütün qatırlar Şəmkirin üzərinə düşür, eyni zamanda burada 475 eşşək var. Digər bölgələrə gəldikdə isə Qazaxda 585, Tovuzda 417, Ağstafa 405 və Gədəbəy 212 eşşək var.

Quba-Xaçmaz iqtisadi rayonunda ümumilikdə 1434 eşşək qeydə alınıb. Quba rayonunda 778, Xaçmazda 284, Siyəzəndə 189, Şabranda 153, Qusarda isə 30 eşşək qeydə alınıb.

Cənub bölgəsində yerləşən Lənkəran-Astara iqtisadi rayonu da yüksək göstəricilərlə seçilir. Burada 1862 eşşək və 8 qatır var. Ayrı-ayrılıqda isə Lerik 627, Yardımlı 422, o cümlədən 2 qatır, Astara 413, o cümlədən 6 qatır, Cəlilabad 337, Masallı 39 və Lənkəran 24 eşşək var.

Mərkəzi Aran iqtisadi rayonunda isə ümumilikdə 216 eşşək qeydə alınıb. Bu zonada Ağdaşda 67, Yevlax 57, Kürdəmir 46, Zərdab 43 və Göyçay 3 üzrə göstəricilər mövcuddur.

Mil-Muğan iqtisadi rayonunda isə ümumilikdə 289 eşşək var. Sabirabad (254), Saatlı (18), İmişli (12) və Beyləqan (5) üzrə bölgü aparılıb.

Şəki-Zaqatala iqtisadi rayonunda 492 eşşək və 13 qatır qeydə alınıb. Şəkidə 263, o cümlədən 1 qatır, Oğuzda 134, o cümlədən 12 qatır, Qəbələdə 60 və Qaxda 35 eşşək var.

İşğaldan azad edilmiş əraziləri əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonunda 70 eşşək və 2 qatır mövcuddur. Laçında 54, Cəbrayılda 12 (o cümlədən 2 qatır), Zəngilanda isə 4 eşşək qeydə alınıb.

Şirvan-Salyan iqtisadi rayonunda isə ümumilikdə 514 eşşək və 5 qatır var. Bölgələr üzrə göstəricilərə baxdıqda isə 255 eşşək Hacıqabulda, 171 eşşək və 5 qatır Neftçalada qeydə alınıb. Bu iqtisadi zonanın paylna düşən eşşəklərin 83-ü Salyan, 5-i isə Biləsuvardadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see311

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see295

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see274

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see268

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see264

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see258

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see256

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see246

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see232

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see225

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see215

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see214

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see211

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see210

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see209

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see209

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see207

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see189

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see178

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri