Icma.az
close
up
RU
Bakıda növbəti Caspian Agro və InterFood Azerbaijan sərgiləri olacaq

Bakıda növbəti Caspian Agro və InterFood Azerbaijan sərgiləri olacaq

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Mayın 13-16-da Bakıda regionun ən böyük beynəlxalq kənd təsərrüfatı və qida sənayesi tədbirləri olan 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") keçiriləcək. 

525.az bu barədə sərgilərin təşkilatçıları olan "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətlərinə istinadən xəbər verir. 

Məlumata görə, sərgilərə Kənd Təsərrüfatı Nazirliyi təşkilati dəstək göstərir. Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, "Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası" İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və "Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası" İctimai Birliyi "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilər dəstəkləyirlər.

Sərgilərdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Belarus, Belçika, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Fransa, Hindistan, İordaniya, İran, İtaliya, Latviya, Misir, Niderland, Özbəkistan, Rusiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstan şirkətləri artıq iştiraklarını təsdiq ediblər. Almaniya, Belarus, Gürcüstan, İtaliya, Koreya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Hindistan və Misir milli qruplar şəklində kənd təsərrüfatı və qida sənayesi məhsullarını sərgilərdə təqdim edəcək.

"Caspian Agro" regionun ən böyük kənd təsərrüfatı sərgisidir. Aqrar-sənaye sektoru iqtisadiyyatın sürətlə inkişaf edən və böyük perspektivləri olan sahəsidir. "Caspian Agro" yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayacaq.

Sərgi günlərində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Aqrar İnnovasiyalar Forumu keçiriləcək. Forumda kənd təsərrüfatı sahəsinə aid vacib mövzulara toxunulacaq. Artıq ikinci ildir ardıcıl təşkil edilən forumda dayanıqlı kənd təsərrüfatının inkişafı, beynəlxalq əməkdaşlıq, kənd təsərrüfatında innovativ həllər və digər mövzuların müzakirəsi planlaşdırılır.

Hər il təşkilatçılar Azərbaycanın müxtəlif regionlarından gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu il də sərgilər çərçivəsində fermerlər ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcəklər. Fermerlərin sərgiyə turlarının nəticəsi olaraq, təcrübə mübadiləsi təşviq edilir, bu da öz növbəsində istehsalın keyfiyyətinin yüksəldilməsinə və kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılmasına kömək edir.

"Caspian Agro" sərgisi "InterFood Azerbaijan" ilə eyni məkanda – Bakı Ekspo Mərkəzində keçiriləcək. Qida sənayesi sahəsində aparıcı beynəlxalq tədbirlərdən olan "InterFood Azerbaijan" isə uzun illərdir ki, qida sənayesi üzrə yerli və xarici istehsalçıları, distribütorları, topdansatış və pərakəndə ticarət nümayəndələrini, sektorun aparıcı oyunçularını bir araya gətirən əsas platformalardan biridir.

Hər il dünyanın müxtəlif ölkələrindən onlarla qida sənayesi istehsalçıları "InterFood Azerbaijan" sərgisində iştirak edərək öz məhsul və texnologiyalarını nümayiş etdirirlər. Sərgi təkcə qida və içkilərin təqdim olunduğu bir platforma deyil, həm də sənayedə ən son texnoloji yeniliklərin tanıdıldığı mühüm məkandır. Burada qida emalı texnologiyaları, qablaşdırma həlləri, sağlam qida və ekoloji təmiz məhsullar kimi sahələrdə ən yeni trendlərlə tanış olmaq mümkündür.

Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.

Xatırladaq ki, bu il Azərbaycanın müvafiq dövlət qurumları və strukturlarının dəstəyi ilə ümumilikdə 13 tədbirin keçirilməsi nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri