Icma.az
close
up
RU
Bakıda od qiyməti nə, Xaçmazda 17 qəpik Səbəb nədir?

Bakıda od qiyməti nə, Xaçmazda 17 qəpik Səbəb nədir?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

İstilərin bu qızmar çağında Bakıda pomidorun qiyməti "od tutub yanır". Paytaxt bazarlarında kiloqramı 1,2-1,5 manata təklif olunan pomidor Xaçmazda, yerli əhali arasında "Eşşək bazarı” kimi tanınan topdansatış nöqtəsində cəmi 17 qəpiyə satılır. Buna baxmayaraq, sahibkarlar həm alıcı qıtlığından, həm də paytaxtda pomidorun kilosunun 1 manatdan yuxarı olmasından gileylənirlər.

Bəs Xaçmazdan Bakıya bir saatlıq yol qət edən pomidorun qiyməti niyə enmir?

İqtisadçı ekspert Vahid Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bütün bu vəziyyətdən həm istehsalçıların, həm də istehlakçıların əziyyət çəkdiyini deyib:

"İstehsalçı ona görə əziyyət çəkir ki, yetişdirdiyi məhsulu sərfəli qiymətə sata bilmir. Məcburiyyət qarşısında qalıb məhsulu aşağı qiymətə təklif edir. Hətta bu qiymətə də bazarda alıcı az olduğundan pomidor tələf olur. Ölkənin ən böyük bazarı Bakıdır. Statistikaya görə, Bakıda 5 milyondan çox əhali yaşayır. Yarıdan çoxu ona görə deyirəm ki, bir hissəsi də Rusiyadadır. Real qiymətdən iki dəfə yuxarı qiymətə, məsələn, 40-50 qəpiyə satıla biləcək pomidor sahədə qalır və tələf olur".


Ekspert hesab edir ki, problem nə istehsalçıda, nə istehlakçıda, nə də bazardadır:

"Problem istehsalçı, istehlakçı və bazar münasibətlərini tənzimləyəcək qurumlardadır. Aqrar İnkişaf mərkəzlərinin və Kənd Təsərrüfatı Nazirliyinin 1200 işçisi var. Bu qədər işçi nə ilə məşğuldur? İstehsalçı məhsulu yetişdirib bazara çıxarır, bazar da qiyməti müəyyən edir. Bəs nazirliyin işi nədən ibarətdir? Problem də elə buradan qaynaqlanır".

Vahid Məhərrəmli əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi istehsal olunan məhsulun istehlakçıya çatması üçün aradakı problemi həll etməlidir:

"Əsas problem böyük bazarlarda monopolistlərin olmasıdır. Xaçmazdan Bakıya daşınan məhsulu sata bilməyəndə problem yaranır. Ona görə ki, məhsulu hansı bazara çıxaracaqsan, harada satacaqsan? Bu qeyri-müəyyənliyi aradan qaldırmaq lazımdır. Dərhal Türkiyədə olduğu kimi, iki həftəlik 3-4 rayonda, daha çox əhali yaşayan ərazilərdə həmin məhsulun davamlı satışını təşkil etmək olar. Xaçmazdan yüklənən maşınlar Bakıya gətirilib 2-3 dəfə aşağı qiymətə satılmalıdır".

İqtisadçıya görə, bu həm fermerlərə, həm də istehlakçılara sərf edəcək:

"Uduzan olmayacaq. Sadəcə, öz işlərinin öhdəsindən gələ bilmirlər".

Bahar Rüstəmli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Avqust 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri