Icma.az
close
up
RU
Rayonda 2 manat, Bakıda 17 manat Səbəb nədir?

Rayonda 2 manat, Bakıda 17 manat Səbəb nədir?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Rayonlarda 1 manat 50 qəpiyə, 2 manata təklif olunan gilas Bakıda dəfələrlə yüksək qiymətə satılır. Hətta, bəzi gilas növləri 17 manata təklif olunur.Rayonlarda su qiymətinə olan gilas Bakıya gəlib çatanda od tutub yanır, çünki keçən il hava pis keçib və məhsul azalıb. Üstəlik, bəzi marketlər də xarab olan malların ziyanını nəzərə alıb qiyməti qaldırırlar, ortada olan həm malı əkən kəndliyə olur, həm də baha alan alıcıya.
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, son zamanlar bazarlarda gilasın qiymətində müşahidə olunan kəskin artım narazılıq yaradır:
“Bu vəziyyətin yaranmasında bir sıra iqtisadi, iqlim və idarəetmə amilləri rol oynayır. İlk növbədə, 2025-ci ildə ölkənin bir çox bölgəsində iqlim dəyişiklikləri, xüsusilə dolu və aramsız yağışlar gilasın
məhsuldarlığına mənfi təsir göstərib. Məhsul miqdarının azalması təklifin azalmasına, bu da qiymətlərin artmasına səbəb olub. Eyni zamanda, gilas digər meyvələrdən fərqli olaraq daha çox təlabat görür.
Xüsusi günlərdə, evlərdə süfrələrə bəzək kimi qoyulan gilas həm görünüş, həm də dad baxımından fərqləndiyi üçün daha çox alınır. Gilasın yüksək qiymətə satılmasının digər səbəbi isə onun yetişdirilmə prosesinin baha və uzunmüddətli olmasıdır. Ağac əkildikdən sonra ən azı 3-5 il ərzində məhsul verir, bu müddət ərzində isə bağbanlar xeyli xərc çəkməli olurlar. Bu amillər də maya dəyərinə və nəticə etibarilə bazar qiymətinə təsir edir”.
Ekspert əlavə edib ki, digər mühüm məsələ isə kənd təsərrüfatı məhsullarının marketlərdə baha satılmasıdır:
“Məhsullar əvvəlcə fərdi təsərrüfatlardan alınır, daha sonra isə böyük market şəbəkələrinə verilir. Marketlər bu məhsulları yüksək faizlə geri qaytarma və zay olan malların məsuliyyətini üzərinə götürməməklə tədarükçünü çətin vəziyyətdə qoyurlar. Bu isə nə istehsalçı, nə də alıcı üçün sərfəlidir, qazanan yalnız marketlər olur. O, vəziyyətin səbəblərindən biri kimi Qida Təhlükəsizliyi Agentliyini də göstərib.
Onun fikrincə, sahə üzrə bütün qurumlar Kənd Təsərrüfatı Nazirliyinə tabe olarsa, bu sahədə koordinasiya və nəzarət daha səmərəli olar. Gilasın qiymətindəki artım təkcə bir mövsümi hadisə deyil, struktur və idarəetmə problemlərinin birbaşa nəticəsidir. Problemin həlli üçün istehsal zəncirində şəffaflıq, düzgün marketinq siyasəti və kənd təsərrüfatı sahəsinə real dəstək zəruridir”.
Leyla Turan 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyun 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see276

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see259

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see257

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see247

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see232

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see231

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see230

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see226

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see224

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see216

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see216

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see209

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see209

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see208

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see204

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see201

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see200

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see195

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see195

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri