Bakıda oğurluq edənlər saxlanıldı
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Mayın 22-də Nərimanov rayonu ərazisində bir nəfərin çantasından telefon oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sherg.az-a verilən xəbərə görə, rayonun Z.Bünyadov küçəsində Sumqayıt şəhər sakini polisə müraciət edərək 3600 manat dəyərində telefonunun oğurlanmasını bildirib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğrunu müəyyən etmək mümkün olub.
Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Səfərov şübhəli şəxs qismində saxlanılıb.
Nəsimi rayonunda isə mağazaların birindən 800 manat dəyərində tütün məmulatları talamaqda şübhəli bilinən 55 yaşkı V.Kərimov da müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 24 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















