Bakıda oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanılıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.
Bu barədə APA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.
Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Bakıda oğurluq edən şəxslər saxlanılıb
19 Mart 2025 11:02
Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb
17 Fevral 2025 13:31
Oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarını sındırdılar Polis yaxaladı
28 Yanvar 2026 18:45
Bakıda oğurluq və dələduzluq edən şəxslər saxlanılıb
14 Avqust 2025 12:02
Bakıda yarımtikili evlərdən oğurluq edən şəxslər saxlanılıb
25 Yanvar 2026 18:31
Baxış sayı:77
Bu xəbər 28 Yanvar 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















