Icma.az
close
up
RU
Bakıda olan britaniyalı jurnalist: “Qarabağ” oyunun favoriti olmasa da, “Çelsi”ni cəzalandıra bilər

Bakıda olan britaniyalı jurnalist: “Qarabağ” oyunun favoriti olmasa da, “Çelsi”ni cəzalandıra bilər

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdamın “Qarabağ” klubu İngiltərə Premyer Liqasının nəhəngi “Çelsi”ni cəzalandırmaq gücünə malikdir - baxmayaraq ki, komandanın büdcəsi Britaniya standartları ilə müqayisədə xeyli kiçikdir.

İdman.Biz xəbər verir ki, bu fikirləri “Yahoo Sports” nəşrinin jurnalisti Nizar Kinsella Bakıda hazırladığı reportajda səsləndirib.

Kinsella qeyd edib ki, “Qarabağ” - “Çelsi” qarşılaşması büdcəsi təxminən 22 milyon funt olan klubla Premyer Liqa nəhənginin dueli olacaq. Lakin Azərbaycan çempionu rəqibin işini ciddi şəkildə çətinləşdirməyə qadirdir.

Müəllifin sözlərinə görə, “Qarabağ” turnirdə inamla irəliləyir, Avrokuboklarda ardıcıl iki ev qələbəsi seriyasını rəsmiləşdirməyə çalışır və artıq səkkiz il əvvəlki Çempionlar Liqasındakı debüt mövsümündən sonra ona yuxarıdan aşağı baxılmır. O, komandanın yetkinliyini və təzyiqə cavab vermək bacarığını vurğulayır.

“Bu, artıq 2017-ci ildə üzərində gülünən komanda deyil. Qurban Qurbanovun komandası böyüyüb, Avropanı təəccübləndirib və yetkin Avropa təmsilçisi kimi oynayır”, - deyə Kinsella vurğulayıb.

Jurnalist xüsusilə Qurban Qurbanovun rəhbərliyi altında layihənin qeyri-adi sabitliyini və Azərbaycan çempionunun rəqabətqabiliyyətini önə çəkib. O, “Qarabağ”ın Lissabonda “Benfika” üzərində qazandığı 3:2 hesablı qələbəni və “Atletik”lə (1:3) layiqli oyununu xatırladaraq, bunların komandanın sürətli hücum və rəqibi cəzalandırmaq bacarığını sübut etdiyini qeyd edib.

“Bu, dözümlü və meydanın hər hissəsində cavab verməyi bacaran komandadır. Artıq Avropada onun xarakterinə təəccüblənmirlər”, – deyə Kinselə bildirib.

O, həmçinin komandanın intizamını, sürətli başlanğıclarını və vertikal oyun üslubunu qeyd edib. Jurnalistin diqqət mərkəzində erkən qollar vuran Leandro Andrade, dinamik cinah oyunçuları, Abdella Zubir, müdafiədə etibarlı çıxış edən Kevin Medina və qapıda inamlı oyun sərgiləyən Mateuş Kohalski dayanır. Müəllif vurğulayıb ki, heyət ağıllı və məqsədyönlü şəkildə formalaşdırılıb, aşağı büdcə isə əksinə, bu təsiri daha da gücləndirir.

“Komandanın ümumi dəyəri təxminən 22-25 milyon avrodur. Bu, təvazökar layihədir, lakin strukturu və sabitliyi sayəsində varlı klublarla bərabər mübarizə aparır”, - deyə jurnalist qeyd edib.

Kinsella eyni zamanda “Çelsi”nin durumunu təhlil edərək, komandanın uzun səfər, London vaxtı ilə rejimi qorumaq cəhdi və Enzo Mareskanın heyət rotasiyasına ehtiyacına diqqət çəkib. Onun fikrincə, londonlular ciddi hazırlaşmalı və arxayınlığa yol verməməlidirlər:

“Bu, “Çelsi”nin nə qədər gümrah olduğunun sınağıdır. Əgər onlar oyunun tempi və ilk dəqiqələrdə “Qarbağa”ı cəzalandıra bilməsələr, Ağdam klubu “Çelsi”nin başını ağrıtmağa qadirdir”.

Sonda britaniyalı jurnalist etiraf edib ki, “Çelsi”nin oyun səviyyəsi və heyət dərinliyi obyektiv olaraq daha yüksəkdir. Bununla belə, “Qarabağ”ın oyun üslubu, ab-havası və strukturlaşdırılmış hazırlığı bu fərqi müəyyən dərəcədə azaldır və qarşıdakı oyunu gözləniləndən xeyli az birtərəfli edir.

Xatırladaq ki, “Qarabağ” - “Çelsi” oyunu bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Ağdam və London təmsilçiləri altı xal toplayıblar və Çempionlar Liqasının turnir cədvəlində müvafiq olaraq 13-cü və 11-ci pillələrdə qərarlaşıblar.

Teymur Tuşiyev

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri