Bakıda övladlarından imtina edən kişi həbs olundu
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Bakıda övladlarına aliment verməyən kişi həbs edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Rayon sakini 1984-cü il təvəllüdlü E.Bayramov 2015-ci ildə ailə həyatı qurub və birgə nikahdan 2 övladı dünyaya gəlib. 2023-cü ildə E.Bayramov həyat yoldaşından şübhələnir və uşaqların onun övladı olmadığını bildirir. Nəticədə cütlük arasındakı nikah məhkəmə qaydasında pozulub.
Məhkəmə iki övladın saxlanılması üçün E.Bayramovun hər ay 450 manat aliment ödəməsini qərara alsa da, E.Bayramov bu alimenti ödəməkdən imtina edib və ekspertiza təyin edilməsini istəyib. Təyin edilən ekspertiza uşaqların E.Bayramoun olduğunu təsdiqləyib. Amma E.Bayramov bu qərarla da razılaşmayıb və aliment ödəməkdən imtina edib. Nəticədə E.Bayramovun 10 min 800 manat aliment borcu yaranıb.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə E.Bayramov 1 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 24 Sentyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















