Bakıda Pakistanın Müstəqillik Günü qeyd olundu
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda Pakistanın Müstəqillik Günü qeyd olunub.
Yenisabah.az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Pakistan icmasının üzvləri və Azərbaycan vətəndaşları iştirak ediblər.
Tədbir Pakistan dövlət bayrağının qaldırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçılarına Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Şahbaz Şərifin bu günün Pakistan xalqı üçün əhəmiyyətini vurğulayan mesajları oxunub. Pakistanda sülh, firavanlıq və inkişaf üçün dualar edilib. pizza mizza
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxışında xalqına sülh və firavanlıq arzulayıb, onlar üçün təhlükəsizliyin önəminə diqqət çəkib. Həmçinin Pakistan və Azərbaycan xalqlarının tarixə söykənən dostluqlarının vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Baxış sayı:58
Bu xəbər 14 Avqust 2025 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















