Icma.az
close
up
RU
Bakıda Gürcüstanın Müstəqillik Günü qeyd olunub

Bakıda Gürcüstanın Müstəqillik Günü qeyd olunub

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mayın 26-da Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.


APA-nın xəbərinə görə, tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Gürcüstanın yeni mədəniyyət və idman naziri Tika Ruxadze, Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova, milli məclisin deputatları və digər rəsmi şəxslər iştirak edib.


Tədbiri giriş sözü ilə açan səfir qeyd edib ki, 26 may 1918-ci il Gürcüstanın müstəqil, demokratik və hüquqi dövlət kimi formalaşmasının əsasını qoyan tarixi gün kimi yadda qalıb:


“26 may 1918-ci il Gürcüstanın siyasi sistemini müəyyən edən və ölkənin gələcək inkişafına əsas yaradan ən mühüm tarixlərdən biri oldu. 107 il əvvəl Gürcüstanın siyasi elitası və cəmiyyəti Demokratik Gürcüstan Respublikasının yaradılması barədə qərar qəbul etməklə dövlətçilik ənənələrinin bərpasına nail oldular. Bu, gürcü xalqının müstəqil, vahid və azad dövlət qurmaq əzminin ən parlaq ifadəsi idi”.

Daha sonra səfir Gürcüstan, suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə Azərbaycan və onun siyasi rəhbərliyinə təşəkkür edib, regional sülh və sabitliyin qorunması üçün əməkdaşlığa tam hazır olduğunu bəyan edib.


Daha sonra tədbirdə çıxış edən Milli Məclisin sədri Gürcüstanın Müstəqillik günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb: “Azərbaycanla Gürcüstan arasında əlaqələrin dərin tarixi kökləri olduğunu deyən spiker Sahibə Qafarova bildirib ki, əsrlər boyu xalqlarımız birlikdə olmuş, dostluq və mehriban qonşuluq şəraitində yaşamış və daim bir-birini dəstəkləyiblər. XX əsrin əvvəllərində Gürcüstan Demokratik Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu gün isə dost və qardaş dövlətlərimiz arasında münasibətlər strateji xarakter daşıyır və Cənubi Qafqazda sabitləşdirici rol oynayır. Azərbaycan və Gürcüstan mehriban qonşuluq, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət siyasəti yeridirlər və bu, digər dövlətlər üçün də nümunədir. Biz bütün bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda çıxış edirik və bir-birimizin uğurlarına da sevinirik.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 May 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri