Icma.az
close
up
RU
Bakıda Paşinyana qazılan məzar: Arayik terror zəncirini halqa halqa ələ verir...

Bakıda Paşinyana qazılan məzar: Arayik terror zəncirini halqa halqa ələ verir...

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası 2025-ci ilin 3 mart tarixində davam etdirilib.

Məhkəmədə təqsirləndirilən şəxs kimi sərbəst ifadə verən Arayik Harutyunyan, Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini ifşa edən çoxsaylı məlumatlar səsləndirib. Baş separatçının sözlərindən də bəlli olub ki, İkinci Qarabağ müharibəsində Ermənistan müharibədə əsas tərəf kimi çıxış edib və öz iştirakını Qarabağdakı qondarma rejimin arxasında gizlənməklə msakalamağa çalışıb.

2020-ci il oktyabrın 2-də Azərbaycandakı hava limanlarına, eləcə də dərinliklərdəki hərbi obyaktlərə raket zərbələrinin endirilməsi ilə bağlı Ermənistan rəhbərliyinin qərar qəbul etməsi, bütün əməliyaytların bilavasitə İrəvan tərfindən idarə edilməsi də Arayikin məhkəmə səsləndirdiyi fikirlər sırasındadır.

Şübhəsiz, 44 günlük Vətən müahribəsində Azərbaycana qarşı yalnız separatçıların deyil, Ermənistan ordusunun döyüşdüyü Azərbaycana çoxdan məlumdur və bu mənada Arayikin açıqlamalarıdna qeyri-adi bir şey yoxdur. Lakin müharibə dönəmində proseslərin mərkəzində olan şəxslərdən biri kimi Arayikin bütün detalları ən xırda incəliyinə qədər açması, rəsmi İrəvanın bu müharibədə iştirakı ilə bağlı ən incə mqəamlara belə aydınlıq gətirməsi Paşinyan rejiminin müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edilməsi üçün yeni imkanlar, yeni arqumentlər deməkdir.

Xatırladaq ki, elə bu səsbəbdən də Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət bundan öncə  Bakıda məhkəməsi keçirilən erməniəsilli şəxslərə guya psixotrop maddələr  verildiyi, onların məhz bu maddələrin təsir altında ifadələr verə biləcəyi ilə bağlı sərsəm açıqlamalar səsləndirmişdi. Məqsəd, separatçıların Bakı məhkəməsində verəcəyi ifadələrin obyektivliyini bəribaşdan şübhə altına almaq, bu ifadələri öncədən gözdən salmaq idi. Çünki Paşinyana da məlum idi ki, Arayik və digər təqsirləndirilən şəxslər onu və çevrəsini ələ verəcək, İrəvandakı hərbi-siyasi elitanın həbsinə əsas verən çoxsaylı faktlar ortaya qoyacaqlar.

Rəsmi İrəvanın Bakıdakı məhkəmə prosesi və bu prosesdə verilən ifadələr haqqında nə deməsindən asılı olmayaraq, Paşinyan rejiminin 44 günlük Vətən müharibəsində xalqımıza qarşı törədilən cinayətlərə görə bilavasitə məsuliyyət daşıdığı birmənalıdır. Heç şübhə yoxdur ki, Bakıda keçirilən sözügedən məhkəmə prosesində separatçıların verdiyi bütün ifadələr dərindən araşdırılacaq. Bu ifadələrdən yola çıxan Azərbaycan dövləti Ermənistanın hərbi-siyasi rəhbərliyinin insanlıq əleyhinə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi addımları atacaq.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Mart 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri