Icma.az
close
up
RU
Köçəryanın son kartı Paşinyana terror...

Köçəryanın son kartı Paşinyana terror...

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Ermənistanda seçkilərə iki ay qaldı. 7 iyuna doğru yaxınlaşdıqca seçki kampaniyası kəskin şəkil almaqdadır, artıq baş nazirliyə hakimiyyətin namizədi ilə müxalifətdən olan namizədlər arasında bir-birinin ünvanına təhqirlər yağdırılır, açağılayıcı bəyanatlar göydə uçuşur. Xüsusilə baş nazirliyə namizədliyi irəli sürülən müharibə canisi, sabiq preizdent Robert Köçəryan seçki kampaniyasını rəqibi Nikol Paşinyanı təhqir və hədə üzərində qurub.

O, Paşinyanı lazım olsa güc yolu ilə belə olsa da hakimiyyətdən uzaqlaşdıracağını dilə gətirməkdən çəkinmir. Bir sıra siyasi analitiklər isə hesab edir ki, Paşinyanı seçkilərdə hakimiyyətdən kənarlaşdırmaq mümkün deyil, çünki Köçəryandan və Samvel Karapetyandan reytinqi yüksəkdir. Elə Köçəryan da bunu bildiyindən keçmiş cinayət təcrübələrinə əl atmaqdan başqa yolunun qalmadığını düşünür və bunu dolayısı ilə indidən dilə gətirir. Paşinyanı nəyin bahasına olur-olsun hakimiyyətdən uzaqlaşdıracağını deməsinin arxasında məhz bu dayanır. Hətta istisna deyil ki, Paşinyana qarşı terror təşkil edib fiziki aradan götürmək yolu seçilsin. Bu iddianı irəli sürənlər erməni terrorizmininin yüz ildən artıq qanlı tarixi olduğunu, erməni terrorunun hətta lazım olanda ermənilərin özlərinə də qarşı da tətbiq olundğunu xatırladırlar. Məsələn çox da uzaq tarix olmayan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində həyata keçirilən terror aktı. Parlamentin iclası zamanı 6 nəfər silahlı şəxs zala daxil olaraq, deputat və nazirlərdən ibarət 50 nəfəri girov götürmşüdlər. Zala daxil olan kimi terrorçular ilk olaraq baş nazir Vazgen Sarkisyanı və parlamentin spikeri Karen Dəmirçiyanı qətlə yetirmişdilər. Bundan başqa, terror aktı zamanı vitse-spikerlər Ruben Miroyan, Yuri Baxşyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan, Mikael Kotanyan və ölkənin operativ işlər naziri Leonard Petrosyan da öldürülmşdü.

O zamankı prezident Robert Köçəryanın ölkədə ümummilli matəm elan etməsinə baxmayaraq, bir çox ekspertlər terror aktında onun rolunun olduğunu iddia edirdilər. Çünki parlamentdə baş verən teror aktı nəticəsində Köçəryan hakimiyyəti üçün təhlükə törədən, ona ən ciddi nüfuzlu rəqib Vazgen Sarksiyan və Karen Dəmirçiyan öldürülmüşdü. R.Köçəryan bu gün də siyasi səhnədədir və bu dəfə hakimiyyətini qorumaq üçün deyil, yenidən iqtidara sahiblənmək üçün xarici ağalarının da dəstəyi ilə yolundakı əsas maneəni-Paşinyanı terrorla sıradan çıxarmaq istəməsi mümkündür.

Politoloq Oqtay Qasımov bu barədə Musavat-com-a şərhində bildirib ki, Ermənistanda Paşinyan komandasının apardığı təbliğat, müharibəyə yox deməsi, real Ermənistanla yaşamağın vacibliyini insanların beyninə yeritməsi istiqamətində apardığı fəaliyyət onun nüfuzunu qoruyub saxlayıb. Azərbaycanla əlaqələrin qurulması istiqamətində praktiki addımlar da Paşinyanın mövqelərini möhkəmləndirir:

“Bu vəziyyəti Paşinyanın rəqibləri, ona düşmən kimi yanaşan qüvvələr, xüsusən də cinayətkar Qarabağ klanı, daşnaklar, Rusiyadakı dairələr narahatlıqla izləyirlər. Rusiya Güney Qafqazda öz itirilmiş təsir imkanlarını bərpa etmək və gücləndirmək məqsədilə Ermənistanda seçkilərdə bütün gücü ilə iştirak etmək və imkan olarsa Paşinyanı zəiflətmək, yaxud onu hakimiyyətdən devirmək yollarını axtarır. Bu istiqamətdə də Ermənistandakı öz əlaltıları ilə, Robert Köçəryanla iş aparırlar. Köçəryan və onun kimi terrorçuların keçmiş təcrübəsi seçkilərdə Nikol Paşinyan üçün ən ciddi təhlükənin həyatına qarşı terror törədilməsi ehtimalının olduğunu söyləməyə əsas verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Aprel 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see244

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see243

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see229

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see216

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see215

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see213

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see206

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see193

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see187

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see186

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see184

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see184

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see184

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see180

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see180

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see179

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see175

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see169

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see168

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri