Bakıda Peşə Təhsili Mərkəzində yeni direktor təyin edildi
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
28 iyul 2026-cı il tarixində İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə direktor təyin edilib.
Modern.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, bu vəzifəyə Səbinə Hacıyeva təyinat alıb.
Səbinə Rasim qızı Hacıyeva Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra isə Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə əlavə təhsil alıb.
S.Hacıyeva əmək fəaliyyətinə 2001-ci ildən etibarən peşə təhsili sistemində başlayıb. O, müxtəlif illərdə Dövlət Dəmir Yolu Liseyində laborant, rus dili fənni üzrə dərnək rəhbəri və Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışıb. Daha sonra Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris şöbəsinin müdir müavini, Bakı Kompüter Peşə Liseyində dərs hissə müdiri, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində isə tədris-istehsalat işləri üzrə direktor müavini vəzifələrində fəaliyyət göstərib.
S.Hacıyeva 7 yanvar 2025-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib, daha sonra həmin Mərkəzin direktoru vəzifəsinin icrası ona həvalə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 28 İyul 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















