Bakıda qadın kişi ilə birgə 7 minlik qızıl oğurladı
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı İ.Qurbanova və 37 yaşlı T.Abdullayev müəyyən edilərək saxlanılıb.
Xəzər rayonunda isə yeni tikilməkdə olan evlərin birindən inşaat materialları və sayğac oğurlamaqda şübhəli bilinən 31 yaşlı İ.Xanverdizadə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlar üzrə araşdırmalar davam etdirilir.
Baxış sayı:98
Bu xəbər 23 Aprel 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















