Azərbaycan Media və Yayım Şurası Pekində keçirilən sammitdə
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Media və Yayım Şurasının rəhbərliyi Çinin paytaxtı Pekində keçirilən 7-ci Dünya Media Sammitinin açılış mərasimində iştirak edir.
Bizim.Media xəbər verir ki, bu barədə Şura məlumat yayıb.
Məlumata görə, “İntellektual dövrdə media: konsensusdan fəaliyyətə” mövzusuna həsr olunan sammit çərçivəsində süni intellektin əlçatanlığının artırılması və dünya mediasının transformasiyası, daha təhlükəsiz dünya naminə media dialoqu və əməkdaşlığı, sivilizasiyalararası ünsiyyətdə süni intellektin rolu, qlobal kommunikasiyanın idarə olunmasının gələcəyi, eləcə də Pekinin inkişaf və modernləşmə təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılır.
Sammitin proqramına plenar iclasın, tematik forumların və seminarların keçirilməsi, həmçinin Pekinin zəngin mədəni irsi və müasir inkişafı ilə yaxından tanışlıq məqsədilə müxtəlif səfərlər daxildir.
Qeyd edək ki, 2009-cu ildə doqquz aparıcı media təşkilatının birgə təşəbbüsü ilə yaradılan və ilk toplantısı həmin ilin oktyabr ayında Pekində keçirilən Dünya Media Sammiti qlobal media qurumları, beyin mərkəzləri, hökumətlər, şirkətlər və beynəlxalq təşkilatlar arasında yüksək səviyyəli fikir mübadiləsi və əməkdaşlıq platforması kimi fəaliyyət göstərir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 07 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















