İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb.
Bildirilib ki, dərman preparatları bu cür obyektlərin 2-3 kilometrliyində paylanır.
ABŞ-nin yeni hədəfinə çevrilə biləcək Nətənz yaxınlığındakı yeraltı "Pickaxe Mountain" kompleksi xüsusi diqqət mərkəzindədir.
"Bəli, biz yod paylayırıq. Hər müharibə dövründə bunu nüvə obyektlərinin iki-üç kilometrliyində yaşayanlara verməyə çalışmışıq", - deyə qurumun rəsmisi Britaniya nəşrinə bildirib.
Eyni zamanda, İranın sosial şəbəkələrində "Pickaxe Mountain" ərazisində nüvə partlayışı baş verəcəyi təqdirdə görülməli olan tədbirlərlə bağlı videotəlimat yayılın. Həmin materialda kompleksdən ən yaxın şəhərlərə qədər olan məsafə qeyd olunur: Nətənzə 27 km, İsfahana 188 km və Tehrana 359 km.
Müəlliflər xəbərdarlıq edirlər ki, partlayış zamanı torpaq və suxurların radioaktiv hissəcikləri atmosferə qalxaraq yüzlərlə kilometr əraziyə yayılma ehtimalı var. Onların ehtimalına görə, yaxınlıqdakı sakinlərin radioaktiv yağıntılardan qorunmaq və sığınacaqlara getmək üçün cəmi 10-15 dəqiqə vaxtı ola bilər. İnsanlara qapalı məkanlara daxil olmaq, çölə çıxmamaq və rəsmi məlumatları izləmək tövsiyə edilir. "Pickaxe Mountain" kompleksi Nətənzdəki uranzənginləşdirmə müəssisəsindən 1.5 kilometrdən bir qədər cənubda yerləşir. Peyk görüntülərində yeraltı tunellərə dörd möhkəmləndirilmiş giriş, daxili yollar və genişləndirilən mühafizə zolağı nəzərə çarpır.
Analitiklərin hesablamalarına görə, kompleksin bəzi hissələri 80-100 metr dərinlikdə yerləşə bilər. Bununla belə, onun dəqiq təyinatı məlum deyil: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri bu obyektdə heç vaxt olmayıblar. Peyk şəkilləri də obyektdə sentrifuqaların, zənginləşdirilmiş uranın və ya digər nüvə materiallarının olub-olmadığını müəyyənləşdirməyə imkan vermir. Amerikalı jurnalist Taker Karlsonun noyabrın əvvəlində ABŞ Prezidenti Donald Trampın İrana qarşı nüvə silahından istifadə imkanını nəzərdən keçirdiyi barədə səsləndirdiyi fikirlərdən sonra narahatlıqlar daha da artıb.
Tramp özü əvvəllər nüvə silahının tətbiqi zərurətini açıq şəkildə istisna etsə də, yeraltı kompleksə yeni hücum ehtimalını mümkünsüz saymamışdı. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 07 Noyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















