Icma.az
close
up
RU
Bakıda qadın telefonla döyüldü Məhkəmə

Bakıda qadın telefonla döyüldü Məhkəmə

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Oğuz rayon sakini, 1990-cı il təvəllüdlü Ruslan birlikdə yaşadığı evdə arvadı İradə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Buna səbəb qadına yemək hazırlamadığına görə irad bildirməsi olub. Onlar arasında həmin səbəbdən ailə-məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. O, həmin mübahisə əsnasında əsəbiləşərək arvadının üzərinə hücum edib. Qəsdən əl zərbəsi ilə qadının sifət nahiyəsinə vurub.
Ardınca İradənin əlində olan mobil telefon cihazını alıb və həmin cihazla qadının sağ qolundan vurub. Ona fiziki ağrı yetirib.
İş üzrə izahat verən Ruslan ona elan olunmuş Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, İradə ilə 2015-ci ildə ailə həyatı qurub, həmin nikahdan 2 övladı var:
“Məlum hadisə günü, saat 17 radələrində yaşadığım evdə olduğum zaman İradənin evdə uşaqlara yemək hazırlamadığı üçün ona sözlə iradımı bildirdim. Bu zəmində İradə ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək İradənin üzərinə getdim, üzünün sol hissəsinə şillə vurdum. Sonra isə İradənin əlində olan mobil telefonunu aldım və həmin telefonla onun sağ qolunun bilək hissəsindən vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra mübahisələri başa çatıb və o, evdən çıxaraq gedib. O, zərərçəkmiş şəxslə barışıb.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Avqust 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri