Icma.az
close
up
RU
Bakıda qar proqnozu: Paytaxt sakinləri ağ günlərin yox, qara ssenarilərin başlanğıcına hazırlaşır

Bakıda qar proqnozu: Paytaxt sakinləri ağ günlərin yox, qara ssenarilərin başlanğıcına hazırlaşır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda müəyyən bir tarix üçün qar yağacağı xəbəri yayılana kimi insanlar adətən şəhərin ağappaq mənzərəsini xəyal edirdilər. Lakin son illərdə vəziyyət tamamilə dəyişib. İndi qar proqnozu eşidilən kimi sosial şəbəkələrdə ilk reaksiya sevinc yox, narahatlıq, hətta təşviş olur. Artıq Bakıda qarın yağması romantik mənzərə deyil, qara günlərin başlanğıcı kimi qəbul edilir.

Bu qorxunun kökündə illərlə yığılıb qalan bir təcrübə dayanır. Paytaxtın infrastrukturu qış sınaqlarına hazır olmadığını dəfələrlə sübut edib. Hər dəfə qar yağanda yolların buz bağlaması, maddələr mübadiləsində yox, məhz yol hərəkətində iflic baş verir. İctimai nəqliyyatın dayanması, tıxacların saatlarla davam etməsi, sürüşkən yollar səbəbindən qəza sayının artması insanlarda artıq şərti refleksə çevrilib.

Qarın yağması ilə bağlı narahatlığın digər bir səbəbi də kommunal xidmətlərin zamanında və effektiv fəaliyyət göstərə bilməməsidir. Qarın qalınlığı bir neçə santimetrdən artıq olmur, amma şəhər elə bil ki, fövqəladə təbii fəlakət yaşayır. Küçələrin qardan təmizlənməsi gecikir, duzlama işləri isə ya yetərincə olmur, ya da vəziyyəti yalnız qismən yüngülləşdirir. Sakinlər səhər evdən çıxanda nəqliyyatın işləməyəcəyindən, işə gecikəcəyindən, uşaqları məktəbə çatdırmağın çətinləşəcəyindən narahat olur. Bir növ, qar yağanda həyatın ritmi dayanır.

Qorxu yalnız yollar və nəqliyyatla məhdudlaşmır. Paytaxtın çoxmərtəbəli binalarında istilik sistemləri ilə bağlı illərdir davam edən problemlər də insanları narahat edir. Havalar kəskin soyuyanda “qışa hazırıq” bəyanatlarının reallıqla üst-üstə düşmədiyini görmək olur. İnsanlar qar xəbərini eşidəndə isti geyim, əlavə qızdırıcılar, qaz təzyiqi ilə bağlı problemlər üçün əvvəlcədən narahatlıq keçirməyə başlayırlar.

Maraqlıdır ki, Bakıda qarın yağması təbiətin adi hadisəsi deyil, sanki sosial-psixoloji sınaq kimi qəbul olunur. Şəhər idarəçiliyi illərdir bu mövzuda ardıcıl problemlərlə üzləşdiyi üçün cəmiyyət artıq qar xəbərinə romantik yox, realist yanaşır. İnsanlar bilir ki, qar bir-iki saata əriyəcək, ağ görüntü qısa müddətli olacaq, amma onun yaratdığı çətinliklər günlərlə davam edə bilər.

Əslində, qar paytaxt üçün fəlakət yox, gözəllik olmalıdır. Lakin bunun üçün əvvəlcə şəhərin infrastrukturu gücləndirilməli, yollar, ictimai nəqliyyat, kommunal xidmətlər qış şəraitinə adaptasiya edilməlidir. İnsanların qar xəbərinə sevinc və rahatlıqla yanaşa bilməsi üçün bu sahələrdə real dəyişikliklər lazımdır. O vaxta qədər isə Bakıda qar proqnozu yayılanda hamının ağ rəngə bürünmüş mənzərədən daha çox qara ssenarilər barədə düşünməsi təəccüblü deyil.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri