Bakıda qəribə OLAY: kişi telefona çox baxan arvadını döydü
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda kişi arvadını döyüb.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
İttiham aktına görə, 24 yaşlı Səlim Novruzov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadının telefona çox baxması və bunun səbəbini bildirməməsinə görə qısqanaraq, qadına irad bildirib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Səlim əl və təpik zərbələri ilə arvadının bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib.
Faktla bağlı Səlim saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və dəymiş ziyanı ödədiyini bildirib. Zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Səlim Novruzov məsuliyyətdən azad olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 20 İyun 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















