Bakıda qırmızıdan keçib güzgü qıran sürücü saxlanıldı DYP cəzalandırdı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirdi ki, sözügedən videogörüntü ilə əlaqədar müvafiq araşdırma aparılıb və "Ford" markalı, 77-TB-851 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü aşkarlanaraq barəsində qanunamüvafiq tədbir görülüb. Həmin sürücü Xəzər rayon DYP Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və cəzalandırılıb.
***
Bakıda baş verən yol-nəqliyyat hadisəsini avtomobildəki kamera qeydə alıb. Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 12-də Pirallahı-Zirə yolunda baş verib.
Belə ki, 77-TB-851 dövlət nömrə nişanlı "Ford" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək svetoforda qırmızı işıqdan keçib. Bu zaman stop xəttinin qarşısında dayanan 99-OF-967 dövlət nömrə nişanlı "Lada" markalı avtomobili vurub və hadisə yerindən uzaqlaşıb. Qəza nəticəsində avtomobilə maddi ziyan dəyib.
Hadisə anını əks etdirən videonu təqdim edirik.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 Yanvar 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















