Bakıda yolkəsənlik edən sürücü DYP tərəfindən saxlanıldı; üzr istədi VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Bakı–Sumqayıt yolunda təhlükəli manevrlər edərək digər sürücünün hərəkətinə mane olan şəxs saxlanılıb.
Bu barədə zərərçəkmiş sürücü Avtosfer.az-ın qaynar xəttinə müraciət edib. Hadisə yanvarın 2-də axşam saatlarında baş verib. Belə ki, 90-ME-378 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük avtomobilinin sürücüsü görüntünü qeydə alan nəqliyyat vasitəsinin önünə keçərək onun hərəkətini məhdudlaşdırıb.
Videogörüntüdən aydın olur ki, yük maşınının sürücüsü qarşı tərəfin hansı zolağa keçməsindən asılı olmayaraq eyni manevrləri təkrarlayaraq yolunu kəsib. Zərərçəkmiş onun bu davranışı yol boyu davam etdirdiyini bildirib.
Məsələ ilə bağlı sürücü Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib.
Avtosfer.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, vətəndaşın müraciəti əsasında qayda pozan şəxs - Ağayev Muradxan Tağı oğlu müəyyən edilib və barəsində qanunvericiliyə uyğun inzibati protokol tərtib olunub.
Qeyd edilib ki, sürücü törətdiyi əməldən peşman olduğunu bildirib, üzr istəyib və bir daha belə hərəkətə yol verməyəcəyini bəyan edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 08 Yanvar 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















