Icma.az
close
up
RU
Bakıda qiymətlər yenidən qalxır KONKRET

Bakıda qiymətlər yenidən qalxır KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin may ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər aprel ayı ilə müqayisədə bir qədər də artıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma torpaq bazarında müşahidə olunub, eyni zamanda mənzil, qeyri-yaşayış obyektləri və fərdi yaşayış evləri seqmentlərində də artım davam edib.

Aparılan hesablamalara görə, mayda Bakı üzrə torpaq bazarında orta qiymət artımı 2,4 %, yeni tikili mənzillərdə 1 %, köhnə tikili mənzillərdə 1,5 %, tikintinin ilkin mərhələsində olan (“kotlovan”) layihələrdə 1,6 %, qeyri-yaşayış obyektlərində 1,5 %, fərdi yaşayış evlərində isə 1,4 % təşkil edib.

Torpaq bazarında ən yüksək artım Xəzər rayonunda qeydə alınıb. Bu rayonda may ayında torpaq qiymətləri 3,6 % yüksəlib. Sonrakı yerlərdə Sabunçu (3,1 %), Suraxanı (2,9 %), Binəqədi (2,7 %) və Qaradağ (2,5 %) rayonları qərarlaşıb. V. Oruc bunu şəhərətrafı ərazilərə marağın artması, fərdi ev tikintisinin genişlənməsi və infrastruktur layihələrinin sürətlənməsi ilə əlaqələndirir.

Yeni tikili mənzillər bazarında ən yüksək aylıq bahalaşma Səbail rayonunda müşahidə olunub. Bu rayonda qiymətlər ötən ay 1,4 % artıb. Yasamal və Nəsimi rayonlarında artım 1,3 %, Nərimanov və Xətai rayonlarında isə 1,2 % olub. Ən aşağı göstərici Pirallahı rayonunda qeydə alınıb və burada qiymətlər cəmi 0,5 % yüksəlib.

Köhnə tikili mənzillər bazarında da Səbail lider olub. Rayonda qiymətlər bir ay ərzində 2 % artıb. Nəsimi rayonunda artım 1,9 %, Yasamalda 1,8 %, Binəqədi və Nizami rayonlarında isə 1,7 % təşkil edib. Pirallahı rayonunda köhnə mənzillərin qiymətləri 0,9 % yüksəlib.

Tikintinin ilkin mərhələsində olan layihələrdə (“kotlovan”) ən yüksək qiymət artımı da mərkəzi rayonlarda qeydə alınıb. Səbail rayonunda bu seqment üzrə artım 2,3 %, Nəsimidə 2,2 %, Yasamalda 2,1 %, Nərimanov və Xətaidə isə 1,9 % olub. Pirallahı rayonunda isə artım 0,8 % səviyyəsində qalıb.

Qeyri-yaşayış obyektləri bazarında ən yüksək dinamika Səbail və Nəsimi rayonlarında müşahidə edilib. Səbail rayonunda qiymətlər 2,1 %, Nəsimi rayonunda 2 %, Yasamal rayonunda isə 1,9 % yüksəlib. Ən aşağı göstərici Pirallahı rayonunda qeydə alınıb və burada artım 0,8 % olub.

Fərdi yaşayış evləri bazarında isə liderlik Xəzər rayonuna məxsus olub. Bu rayonda may ayında qiymətlər 2 % artıb. Sabunçu rayonunda artım 1,8 %, Binəqədi və Suraxanı rayonlarında 1,7 %, Qaradağ rayonunda isə 1,3 % təşkil edib.

Rayonlar üzrə ümumi göstəricilər göstərir ki, mərkəzi rayonlarda mənzil və kommersiya obyektləri seqmenti daha yüksək dinamika nümayiş etdirdiyi halda, şəhərətrafı rayonlarda torpaq və fərdi yaşayış evləri bazarı daha sürətlə bahalaşır. Xüsusilə Xəzər, Sabunçu və Suraxanı rayonlarında torpaq bazarında qeydə alınan artım bu seqmentin daşınmaz əmlak bazarının əsas lokomotivinə çevrildiyini göstərir.

Mövcud tendensiya ilin sonuna qədər davam edərsə, torpaq sahələri və tikintinin ilkin mərhələsində olan layihələr investorlar üçün ən gəlirli istiqamətlər olaraq qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 İyun 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri