Icma.az
close
up
RU
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

Icma.az, Report.az saytına istinadən bildirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Asiya İnkişaf Bankı (ADB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçirib.

"Report" bu barədə İİTKM-ya istinadən xəbər verir.

Məlumata görə, "Qlobal yaşıl iqtisadiyyat: İqlim fəaliyyəti, maliyyələşdirmə və innovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) mövzusunda təşkil olunan Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak ediblər.

Forum çərçivəsində yaşıl iqtisadiyyat modeli - iqtisadi inkişafı ətraf mühitin qorunması ilə uyğunlaşdıraraq davamlı inkişafın təmin edilməsi modeli mühüm müzakirə predmeti olub. Forum iştirakçıları karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, yaşıl maliyyə mexanizmlərinin tətbiqi və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin vacibliyini vurğulayıblar.

Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərinin daha yaxşı anlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyub. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verib.

Forum iki əsas sessiyadan ibarət olub. Forumun “Davamlılığa aparan qlobal yollar: təsirlərin azaldılması, uyğunlaşma və enerji keçidi” (Global Pathways to Sustainability: Mitigation, Adaptation, and Energy Transition) mövzusunda keçirilən birinci sessiyası, qlobal iqlim hədəflərinə nail olmaq üçün enerji keçidləri, uyğunlaşma strategiyaları və innovativ siyasətlərə həsr olunub. “Qlobal iqlim dayanıqlılığı üçün yaşıl maliyyə: Strategiyalar və innovasiyalar” (Green Finance for Global Climate Resilience: Strategies and Innovations) mövzusunda keçirilən ikinci sessiyada yaşıl istiqrazlar, dayanıqlı investisiya mexanizmləri və maliyyə sektorunun iqlim məqsədlərinə töhfəsi müzakirə edilib.

Bu tədbir iqlim dəyişikliyi ilə mübarizə, yaşıl iqtisadiyyatın inkişafı və qlobal əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Forum iştirakçıları tərəfindən iqlim məqsədlərinin həyata keçirilməsində beyin mərkəzlərinin rolunu artırmaq üçün təkliflər irəli sürülüb. Tədbir, həmçinin, Azərbaycanın yaşıl iqtisadiyyatın inkişafı və iqlim dəyişikliyinə qarşı qlobal səylərə verdiyi töhfəni bir daha nümayiş etdirib.

Forumda ADB, AİBİ və CAREC Institute ilə yanaşı, "Brookings Institutions", İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutu (IAI), Braziliya Beynəlxalq Münasibətlər Mərkəzi (CEBRI), BMT Universitetinin Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutu, Stokholm Ətraf Mühit İnstitutu, Su və İqlim Dəyişikliyi üzrə Asiya Platforması, Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutu, Qazaxıstan-Britaniya Texniki Universiteti, Kral Abdullah Neft Araşdırmaları və Tədqiqat Mərkəzi (KAPSARC) kimi nüfuzlu qlobal beyin mərkəzlərinin rəhbər heyəti iştirak ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri